İlham Əliyev bütövlükdə Ermənistanı istəyir? - “Paşinyanın bir kitablıq səhvi var”
Gündəm
Oxunub: 634
13:14, Bu gün
İlham Əliyev bütövlükdə Ermənistanı istəyir? - “Paşinyanın bir kitablıq səhvi var”
Harut Sassounian həftəlik “armenianweekly.com” saytında “Pashinyan’s press conference proved why he isn’t qualified to lead Armenia” (Paşinyanın mətbuat konfransı onun niyə Ermənistana rəhbərlik etməyə layiq olmadığını sübut etdi) adlı məqalə ilə çıxış edib.
 
Erməni mənbələri yazır ki, o, həm də Artsax fondunun rəhbəridir. Onun rəhbərlik etdiyi fond indiyə kimi Ermənistana və Artsaxa (Qarabağ) 1 milyard dollarlıq yardım göstərib.
 
Yəni bu adam sadəcə yazmır, həm də türklərə qarşı erməniləri müdafiə etmək üçün konkret işlər görür. Bəli, erməni diasporu son dərəcə güclüdür, müqayisədə Azərbaycan diasporu yox kimi bir şeydir. Nə yaxşı ki, Azərbaycan dövləti güclüdür, Ermənistan isə dövlət kimi zəifdir.
 
Elə  Harut Sassounian da bu məqaləsində Ermənistan dövlətinin Azərbaycan qarşısında son dərəcə zəif durumda olmasından söhbət açır...
 
Müəllif deyir ki, Paşinyanın media ilə görüşüb sualları cavablandırmaq istəməsi təqdirəlayiq olsa da, onun ziddiyyətli açıqlamalarını minimuma endirmək, sərişt++əsizliyini gizlətmək üçün mətbuat konfransları bir saatdan çox çəkməsə yaxşıdır. Əvvəlki mətbuat konfranslarında o, dörd-beş saat danışmışdı. Onun bu kimi davranışı Rusiya prezidentinin mətbuatla uzun-uzadı söhbətlərini xatırladır. Xoşbəxtlikdən bu dəfə Paşinyanın mətbuat konfransı cəmi iki saat 17 dəqiqə çəkdi. Paşinyan bu qədər suallara cavab verməklə onun cavablarını tənqid etmək üçün opponentlərini daha çox arqumentlə təmin etdi.
 
Harut Sassounian qeyd ki, Ermənistanın BMT-nin noyabrda Bakıda keçiriləcək beynəlxalq konfransında iştirak edib-etməməsi ilə bağlı suala Paşinyanın cavabı qeyri-müəyyən oldu. İyul ayında Ermənistanın konfransda (COP29) iştirak edib-etməyəcəyi ilə bağlı suala Hökumətin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti cavab olaraq söz vermişdi ki, Paşinyan avqustda keçirəcəyi mətbuat konfransında Azərbaycanın dəvətinə cavab verəcək. Lakin avqustun 31-də məlum oldu ki, Paşinyan hələ heç bir qərar verməyib. 
 
Ermənistan hökumətinin erməni hərbi əsirlərin və siyasi girovların azad edilməsi üçün hər hansı cəhd edib-etməməsi ilə bağlı suala cavab olaraq Paşinyan özündən başqa hamını günahlandıraraq cavab verdi. O, unudub ki, 2020-ci il müharibəsindən dərhal sonra bəzi erməni əsirləri müqabilində bütün azərbaycanlı hərbi əsirləri ağılsız şəkildə azad edən məhz o, özü  olub. O, yalnız bütün erməni məhbusların azad edilməsi müqabilində bütün azərbaycanlı məhbusları azad etməli idi. (Xatırladım ki, o vaxt Ermənistan cəmi 2 azərbaycanlı əsiri azad etmişdi. Azərbaycan isə 32 əsiri geri qaytarmışdı. E.H) Paşinyan daha bir böyük kobud səhvə yol verərək, Ermənistanın veto hüququndan imtina etdi. Nəticədə noyabrda Bakıya yüksək mötəbər beynəlxalq konfransa ev sahibliyi etməyə icazə verdi. Azərbaycan Prezidenti İlham Əliyev bu konfransa ev sahibliyi etmək üçün o qədər ümidli deyildi.  O, COP29-a görə nəinki bəzi erməni əsirləri azad etməyə, hətta Ermənistan Respublikasının 2021 və 2022-ci illərdən bəri işğal olunmuş rayonlarını boşaltmağa razı olardı.
 
Əlbəttə, bütün bunlar daşnak yazarın ehtimallarıdır. Məncə, bu ehtimallar reallıqdan xeyli uzaqdır. 
 
Müəllif daha sonra diqqəti sülh müqaviləsinə yönəldərək yazır ki, Paşinyan daha sonra açıqladı ki, Ermənistan və Azərbaycan sülh sazişi layihəsindəki 17 maddədən 13-ü üzrə razılığa gəlib. Paşinyan təklif edib ki, iki ölkə razılaşdırılmış 13 bənd əsasında sənədi imzalasın, qalan dörd bəndi gələcəyə buraxsın. Görünür, Paşinyan başa düşmür ki, Əliyevin Ermənistanla sülh əldə etməkdə marağı sıfıra bərabərdir. İlham Əliyevin istədiyi Ermənistanın bir parçasıdır, əslində o, bütövlükdə Ermənistana sahib olmaq arzusundadır.
 
Əvvəla, Paşinyanın daim sülh istəməsi sadə səbəbdən sülhə gətirib çıxarmayacaq. Çünki Azərbaycan sülhdə maraqlı deyil. Tanqo rəqsi üçün iki adam lazımdır. Birtərəfli sülh deyilən bir şey yoxdur.
 
İkincisi, Paşinyan ümidsiz halda sülh üçün yalvarmaqla İlham Əliyevi Ermənistandan getdikcə daha çox güzəşt tələb etməyə sövq edir.
 
Üçüncüsü, “sülh müqaviləsi”nin imzalanması Əliyevin Ermənistanla müharibə aparmasına mane olmayacaq. “Sülh müqaviləsi” sülhə zəmanət verməyəcək. İlham Əliyev üçün “sülh müqaviləsi” bir kağız parçası olacaq.
 
Paşinyan öyünür ki, Ermənistan və Azərbaycan sərhədlərin demarkasiyası ilə bağlı imzaladığı saziş hələ ratifikasiya olunmasa da, iki ölkə arasında imzalanmış ilk hüquqi sənəddir. O, unudur ki, hələ 1994-cü ildə Ermənistan, Azərbaycan və Artsax (Dağlıq Qarabağ) hökumətləri atəşkəs sazişi imzalayıblar. O, 2020-ci il müharibəsinin sonunda o, özü də Putin və Əliyevlə oxşar müqavilə imzalayıb.
 
Paşinyanın mətbuat konfransının ən çirkin tərəfi onun 2023-cü ilin sentyabrından Bakı həbsxanasında girov kimi saxlanılan Artsaxın keçmiş dövlət naziri Ruben Vardanyan haqqında lazımsız şübhələr yaratması oldu. Paşinyan Vardanyanı aşağıladı: “Nə olub? Ruben Vardanyan necə oldu ki, Rusiya vətəndaşlığından imtina etdi? Kim ona bu addımı atmağı məsləhət görüb və ya tövsiyə edib? Onu bu mənada Ermənistan Respublikasına kim göndərib?
 
Onu Dağlıq Qarabağa kim göndərib? Hansı məqsədlə, nə zəmanət, nə təminat, nə vəd veriblər? Və axırda kim dedi: “Bilirsiniz ki, biz onun kim olduğunu bilmirik, çünki o, başqa ölkənin vətəndaşıdır?”...
 
Məqalənin sonunda daşnak müəllif yazır ki, Nikol Paşinyan mətbuat konfransı zamanı bir çox başqa səhvlərə yol verdi, lakin onların hamısını əhatə etmək üçün bütöv bir kitab yazmaq lazımdır.
 
Elbəyi Həsənli, Sürix
 
Oxşar xəbərlər
21:06, Bu gün
Qərb silahları ilə Rusiyaya zərbə endirilməsin! - Siyarto
21:00, Bu gün
Daha bir ölkə Rusiyanın ödəniş sistemindən imtina etdi
20:52, Bu gün
Təcili eniş edən təyyarədə bomba həyəcanı
20:46, Bu gün
Azərbaycanda bir ailənin 4 üzvü qidadan zəhərləndi
20:38, Bu gün
Amfibiya təyyarəmiz İzmir-Urladakı meşə yanğınını belə söndürür - VİDEO
20:30, Bu gün
Dünyanın ən güclü "Android" cihazı təqdim olundu
20:22, Bu gün
ABŞ və İraq razılaşdı: Qoşunlar çıxarılır
20:14, Bu gün
Sallanan qarnı necə asanlıqla bərpa etmək olar?
20:07, Bu gün
Günay gəlinlik geyindi: "Sevdiyim adamla..." - FOTOLAR
19:58, Bu gün
Dərnəgüldə avtomobil yandı - VİDEO
19:50, Bu gün
Atasını döyərək öldürən şəxs anlaqsız imiş - Rəsmi
19:44, Bu gün
Rusiya bu ölkədən ballistik raketlər alacaq
19:38, Bu gün
Tanınmış aktyoru səhv müalicə etdilər, ölümdən döndü - FOTO
19:30, Bu gün
Xolesterin bəlasından xilas olun
19:22, Bu gün
Bunu gözləsək, heç vaxt sülh olmayacaq - Orban
19:21, Bu gün
“Arzu edərdim ki, nə vaxtsa Azərbaycan barədə də belə xoş sözlər işlədək...”
19:14, Bu gün
Süni intellektin tətbiqi "iPhone 16"nın bahalaşmasına səbəb olacaq
19:06, Bu gün
Qızın dodaqlarından öpən sərxoş general istefa verdi
19:00, Bu gün
Şuşada 32 ildən sonra ilk toy - FOTOLAR-VİDEO
18:52, Bu gün
Hindistan təyyarəsi Ərzurumda təcili eniş etdi
18:46, Bu gün
Zəngin insanların 10 ortaq xüsusiyyəti
18:40, Bu gün
Kəngərlinin yaşadığı binaya xatirə lövhəsi vurulacaq
18:33, Bu gün
İstirahət günlərində parklara getmək istəyənlərin nəzərinə!
18:25, Bu gün
Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək
18:20, Bu gün
Elmir Məmmədli: Çox xoşbəxtəm ki, toyum Şuşada keçirilir
18:15, Bu gün
Bakıda dəmir yollarının təhkim zolaqları tullantılardan təmizlənib
18:10, Bu gün
Bu, dünyanın ən sağlam qidasıdır! ÜST AÇIQLADI: ÖMRÜ UZADAN PƏHRİZ
18:05, Bu gün
ADU-ya 600 baldan yüksək nəticə ilə qəbul olunan tələbələrlə görüş keçirilib - FOTOLAR
18:00, Bu gün
BDU-nun həmtəşkilatçılığı ilə İzmirdə II Beynəlxalq konfrans keçirilib - FOTO
17:55, Bu gün
Kamal Abdulla ADU-ya ən yüksək balla qəbul olunan tələbələrlə səhər yeməyində - FOTO
17:50, Bu gün
AYNA və ekspert arasında fikir ayrılığı yarandı - VİDEO
17:44, Bu gün
İtaliyada mühüm forum: İlham Əliyev çıxış etdi - YENİLƏNİB + FOTO/VİDEO
17:38, Bu gün
Məşhur türk aktrisası Bakıda filmə çəkiləcək - FOTO
17:32, Bu gün
Tehran “Zəngəzur dəhlizi”nə görə Moskvaya KƏSKİN XƏBƏRDARLIQ edir
17:26, Bu gün
Ağayevin vəkilindən SƏRT SÖZLƏR: “Medera Hospital” bu görüntüləri...
17:20, Bu gün
Cavanşir Feyziyev: “Təməlində mədəniyyətin dayandığı əlaqələr Türk dövlətləri arasında birlik və bərabərliyin daha da möhkəmlənməsinə xidmət edəcək”
17:13, Bu gün
"Oğurluqları narkotik ehtiyacımı ödəmək üçün törədirdim" - 6 uşaq anasının məhkəməsi
17:07, Bu gün
Gömrük Komitəsinin əməkdaşları həbs edildi - YENİLƏNİB
17:02, Bu gün
“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadıldı
16:56, Bu gün
Muxtar Babayev Bik Lumla görüşdü
16:51, Bu gün
AŞPA üzvlərinin Bakıya səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Əliyev açıqladı
16:46, Bu gün
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
16:39, Bu gün
İstirahət günlərində milli parklarda hava necə olacaq?
16:33, Bu gün
Boynunuza buz qoyub 20 dəqiqə gözləyin - Ağrıları yox edir
16:27, Bu gün
Xəbəriniz olmadan terrorçuları maliyyələşdirə bilərsiniz: Ekspert dəhşətli faktlardan danışdı
16:21, Bu gün
Özbaşına ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ – “Bu fəsadlara səbəb ola bilər”
16:15, Bu gün
Azərbaycanlı tələbələr BƏƏ-nin Kosmik Mərkəzində təcrübə keçəcəklər - FOTO
16:09, Bu gün
Axsaq atın kor nalbəndi – Bakının “qara siyahısı”ndakı adam necə baş nazir oldu?
16:03, Bu gün
Əli İnsanovun məhkumluğu götürüldü
15:58, Bu gün
Əqli Mülkiyyət Agentliyinin yerli sahibkarlar üçün təlimi başa çatıb
15:53, Bu gün
BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü - FOTO
15:48, Bu gün
Zabux sakini: "32 ildən sonra kəndimizdə öz işimizi qururuq" - VİDEO
15:44, Bu gün
Onu şərləyən müstəntiq özü də az sonra “humanist sovet” istintaqının qurbanı oldu…
15:41, Bu gün
“İnsanları qırmağa çalışırlar, daha çox gənclər meymunçiçəyinə yoluxacaq, karantin olacaq” - professordan HƏYƏCAN TƏBİLİ - ÖZƏL+FOTO
15:39, Bu gün
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatdı - FOTO
15:35, Bu gün
Prezident Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşdü - YENİLƏNİB + FOTO
15:30, Bu gün
Dərsliklərin əldə edilməsi ilə bağlı valideynlərə müraciət edildi
15:25, Bu gün
İlham Əliyev “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru ilə görüşdü - YENİLƏNİB + FOTO
15:20, Bu gün
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
15:15, Bu gün
Tanınmış jurnalist əməliyyat olunacaq
15:10, Bu gün
Regionun təhlükəsizliyinin təhdid mənbəyi – siması dəyişməyən avantürist İrəvan - ŞƏRH
15:05, Bu gün
Azərbaycanda qatar yoluna çıxan körpə son anda xilas edildi - Həssas görüntülər
15:00, Bu gün
Yeni deputatların alacağı maaş bilindi - MƏBLƏĞ
15:00, Bu gün
“İlin sonuna kimi sülh müqaviləsinin imzalanması mümkünsüz görünür” – PROQNOZ!
14:56, Bu gün
Pensiya alanlara ŞAD XƏBƏR: Bu tarixdə ödəniləcək
14:50, Bu gün
"Həyat yoldaşım məni həmişə dəstəkləyir, oğlum isə..." - Brilliant Dadaşova ilə müsahibə
14:44, Bu gün
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda iştirakı ilə bağlı video paylaşdı
14:38, Bu gün
Saxta avtomobil hissələri bazarı xaos içində - heç kim reaksiya vermir... ARAŞDIRMA  
14:32, Bu gün
Sentyabrda əsl sevgini tapacaq BÜRCLƏR
14:26, Bu gün
Azərbaycan millisi Paralimpiya Oyunlarında ümumi hesabda neçənci yerdədir?
14:20, Bu gün
Şuşada qazimizin toy mərasimi keçiriləcək - Hazırlıq işlərindən son görüntülər
14:14, Bu gün
“Vura bilmirsən, denən mənlik deyil də..." - Aqil Abbasdan Santuşlu milliyə irad
14:09, Bu gün
Son səkkiz ayda əlillik təyinatı alanların sayı açıqlandı
14:03, Bu gün
Ötən il də müəllimi bıçaqlamışdı - Tovuzdakı kütləvi davanın səbəbkarı həbsxanadan necə çıxıb? – ŞOK DETALLAR
13:58, Bu gün
“5 saniyə geciksəydim...” - Körpəni xilas edən maşinist
13:52, Bu gün
“Günortalar saç ustası işləyirdim, gecələr isə gizlin... ”
13:46, Bu gün
Sentyabrın 6-nın ən xoşbəxt BÜRCÜ: fürsətlər və müsbət dəyişikliklərlə dolu gündür
13:40, Bu gün
Baş məşqçi Tərlan Əhmədov: "15 yaşlı qızlarımızın milliyə dəvət olunması qürurvericidir"
13:35, Bu gün
Bu şəxslərə müavinət təyin olundu
13:23, Bu gün
Sürücülərə şad xəbər - Bu istiqamətlər üzrə...
13:17, Bu gün
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradıldı
13:14, Bu gün
İlham Əliyev bütövlükdə Ermənistanı istəyir? - “Paşinyanın bir kitablıq səhvi var”
13:11, Bu gün
Şəbnəmlə Gülben eyni səhnədə - VİDEO
13:06, Bu gün
Azərbaycanda polkovnik vəfat etdi - FOTO
13:00, Bu gün
Leysan yağacaq, dolu düşəcək: Sabahın HAVASI
12:55, Bu gün
Narkotik çəkən sürücü saxlanıldı, valideyni polisi hədələdi
12:45, Bu gün
İlham Əliyev: "Sülh müqaviləsinin mətninin təqribən 80 faizi razılaşdırılıb"
12:39, Bu gün
Prezident İtaliya-Azərbaycan Universitetindən DANIŞDI
12:33, Bu gün
Avropa Çempionatı: Daha üç cüdoçumuz mübarizəyə start verəcək
12:27, Bu gün
Azərbaycan Prezidenti: "Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir"
12:22, Bu gün
Ukrayna ordusu Nyu-Yorkun bir hissəsini ruslardan azad etdi...
12:20, Bu gün
Göygöldə qanunsuz tikili söküldü - VİDEO
12:15, Bu gün
Universitetlərə qəbul olunanların nəzərinə: Qeydiyyat müddəti uzadıldı
12:10, Bu gün
“İstisu” sularının rəsmi distribütorunun adı açıqlandı
12:05, Bu gün
Prezident: "İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır"
12:00, Bu gün
Toy etmək istəyənlərin nəzərinə! - Qiymətlər qaldırıldı
11:50, Bu gün
UNEC-də 8 ixtisas üzrə keçid balı 600-dən yüksək olub
11:45, Bu gün
Həkim ŞAD XƏBƏRİ açıqladı: Uğurlu nəticə əldə etmək olar
11:40, Bu gün
Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə - BÖLMƏLƏRƏ TAPŞIRIQ VERİLDİ
11:36, Bu gün
SON DƏQİQƏ! Bu ərazilər Azərbaycana qaytarılır 
GÜNLÜK
05 Sep 2024 | 23:16
Siqareti tərgitməyin 4 ən yaxşı strategiyası - YENİ ARAŞDIRMA
05 Sep 2024 | 22:20
Gözlənilməz və təhlükəli ölkə, cəmiyyət...
05 Sep 2024 | 22:05
Azərbaycan incəsənətinə AĞIR İTKİ - FOTO
05 Sep 2024 | 23:13
Elçin Turabov vəfat etdi
05 Sep 2024 | 22:45
Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!
05 Sep 2024 | 22:37
İnsult və infarkt riskini dəfələrlə artıran məhsullar
05 Sep 2024 | 21:33
Özbəkistanda SSRİ ilə bağlı təklif: Qadağan olunsun!
05 Sep 2024 | 21:49
100 yaşlı qadının sirri - Pivə içir
05 Sep 2024 | 22:13
Məktəbli formalarına niyə alıcı tapılmır?
05 Sep 2024 | 23:00
Hər yay ziyarət ediləcək dünyanın ən əlçatan, UCUZ VƏ GİZLİ YERLƏRİ
HƏFTƏLİK
01 Sep 2024 | 10:11
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
31 Aug 2024 | 07:09
Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
01 Sep 2024 | 08:30
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
31 Aug 2024 | 09:52
Güclü pul axını: Payızda varlanacaq üç BÜRCLƏR
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
AYLIQ
05 Sep 2024 | 23:16
Siqareti tərgitməyin 4 ən yaxşı strategiyası - YENİ ARAŞDIRMA
05 Sep 2024 | 22:20
Gözlənilməz və təhlükəli ölkə, cəmiyyət...
05 Sep 2024 | 22:05
Azərbaycan incəsənətinə AĞIR İTKİ - FOTO
05 Sep 2024 | 23:13
Elçin Turabov vəfat etdi
05 Sep 2024 | 22:45
Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!
05 Sep 2024 | 22:37
İnsult və infarkt riskini dəfələrlə artıran məhsullar
05 Sep 2024 | 21:33
Özbəkistanda SSRİ ilə bağlı təklif: Qadağan olunsun!
05 Sep 2024 | 21:49
100 yaşlı qadının sirri - Pivə içir
05 Sep 2024 | 22:13
Məktəbli formalarına niyə alıcı tapılmır?
05 Sep 2024 | 23:00
Hər yay ziyarət ediləcək dünyanın ən əlçatan, UCUZ VƏ GİZLİ YERLƏRİ