Moderator.az xəbər verir ki, tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli İstiqlal Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib:
“Əziz
Xalqım! Sevgili Millətim!
28 may
bizim İstiqlal Bayramımızdır!
Bu gün Azərbaycanın
başındakı iqtidar daxil bir çox böyük problemi var. Amma yenə də bir Dövlətimizin
olduğu üçün Cənnətlik Öndərimiz M.Əmin Rəsulzadə və silahdaşlarına, Sevgili
Liderimiz Ə.Elçibəy və silahdaşlarına minnət borcumuz var. Bu Dövlətin varlığı üçün
həyatını qurban verən Şəhidlərimizi sayqıyla anıram. Rəsulzadə-Elçibəy yolunda
mübarizəsini davam etdirən hər kəsə möhkəm cansağlığı arzulayıram. İnanıram ki,
Azərbaycan Xalqı azad və bütöv Azərbaycanda yaşamağa layiqdir və bu olacaq.
Hər zaman Azad olun!
İstiqlal Bayramımız Kutlu olsun!”