Ordu quruculuğu strategiyası...
Oxunub: 2182
26 Jun 2024 | 10:49
Ordu quruculuğu strategiyası...
1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Dövlətçilik atributu olan ordu quruculuğuna gərgin siyasi bir şəraitdə başlanıldı. Daxili qarşıdurmalar, hakimiyyət naminə əsassız mübarizələr, Ermənistanın Azərbaycana qarşı elan etmədən müharibəyə başlaması bu prosesə təsir göstərirdi. Vətəndaş müharibəsi ehtimalı gerçəkləşəndə, dövlətçiliyin itirilməsi təhlükəsi yarananda xalq böyük tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etdi. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda Qələbəyə qəti inam yarandı. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Ordumuz ulu öndər Heydər Əliyevin tapşırığı ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun ilk sınağı 1994-cü ilin yanvarında oldu: yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Ordu quruculuğu işinə böyük önəm verən ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.
 
Beləliklə, digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da ilkin əsaslı islahatlar aparıldı, nizami ordunun formalaşmasına şərait yarandı. Bu, müstəqil Azərbaycanın ordu quruculuğunda Heydər Əliyev mərhələsinin başlanğıcı idi. 1994-cü ildən 2003-cü ilə kimi ordu quruculuğunda qazanılan uğurlar İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra daha da genişləndi...
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qurucusu ümummilli liderimiz Heydər Əliyev olan ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlanıldı. Bu, Azərbaycanın ordu quruculuğunda İlham Əliyev mərhələsinin başlanğıcı idi...
 
Azərbaycan müstəqilliyinin ilk illərindən Ermənistanın işğalçılıq siyasəti ilə üzləşib və torpaq itkilərinə məruz qalıb. Məhz bu amil də respublikamızda ordu quruculuğuna müstəsna diqqət göstərilməsini şərtləndirib. Ölkəmiz özünün ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb. Prezident İlham Əliyev müxtəlif yerli və xarici auditoriyalarda çıxışları zamanı birmənalı şəkildə bildirirdi ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan özünün ərazi bütövlüyünü güclü ordusu vasitəsilə təmin edəcək. Azərbaycan Prezidenti praqmatik, sözü və imzası eyni çəkiyə malik olan nüfuzlu siyasətçidir. Dövlət başçımız ölkənin ərazi bütövlüyü məsələsində Silahlı Qüvvələrimizə güvəndiyini diqqətə çatdırarkən reallıqdan çıxış edirdi. Çünki müstəqillik dövründə ordunun davamlı şəkildə möhkəmləndirilməsi daim Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib.
 
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev son 18 ilə yaxın müddət ərzində ordu quruculuğuna müstəsna diqqət göstərib. Bəhs olunan dövrdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı şəkildə həyata keçirilən tədbirlər kompleks xarakter daşıyıb. Dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə lazımi qədər vəsait yönəldilib.
 
Vətən müharibəsi göstərdi ki, Azərbaycan ötən dövrdə ordu quruculuğunda müasir yanaşmalara və innovativ texnikalardan istifadə olunmasına üstünlük verib. Uzun müddət havadaqalma qabiliyyətinə malik və müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan “HERON”, ortaölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP”, “Bayraktar” pilotsuz uçuş aparatları Vətən müharibəsində düşmənin ölüm kabusuna çevrilmişdi. Respublikamızda aparılan müasir ordu quruculuğu siyasətinin mühüm bir istiqamətini isə şəxsi heyətin peşəkarlığının artırılması, kadrların yetişdirilməsi, həmçinin əsgər və zabitlərin sosial təminatlarının gücləndirilməsi təşkil edib. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
 
Hazırda Azərbaycan dövləti yerləşdiyi regionda yaratdığı yeni geostrateji və geosiyasi üstünlüklərdən faydalı şəkildə bəhrələnərək milli və dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Dünyanın hərbi analitik mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı qələbəni təhlil edir, bir çox dövlətlərin müdafiə qurumları ordumuzun müharibədə qazandığı döyüş təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnir.
 
Hazırda beynəlxalq hərbi əməkdaşlığın məqsəd və istiqamətləri Azərbaycan Respublikasının milli maraqlarına uyğun olaraq müəyyən olunur. Xarici ölkələrlə, Avroatlantik strukturlarla, beynəlxalq təşkilatlarla və aparıcı dövlətlərin müdafiə sənayesi kompleksləri ilə birtərəfli, ikitərəfli və çoxtərəfli əməkdaşlıq beynəlxalq hərbi strategiyanın əsas istiqamətlərindəndir. Azərbaycan qonşu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və s. ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir.
 
Ölkəmizin beynəlxalq hərbi əlaqələrində Türkiyə, Rusiya, Pakistan, İsrail dövlətləri, NATO bloku ilə əməkdaşlıq xüsusi çəkiyə malikdir. 2021-ci il İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə tarixi səfərləri və burada imzaladıqları Şuşa Bəyannaməsi Azərbaycanın hərbi qüdrətinin daha da artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Cənubi Qafqazda strateji güc balansı və təhlükəsizliyin təminatı üçün Türkiyənin hərbi iştirakının vacib olduğunu ortaya qoyur. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı hərbi münasibətlərin əməkdaşlıqdan müttəfiqlik səviyyəsinə qaldırılması, müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərinin müəyyən edilməsi, Azərbaycan və Türkiyənin təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi hərbi əməkdaşlığın yeni prioritetləridir. Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biri də Pakistan İslam Respublikasıdır. Pakistan daim beynəlxalq arenada ölkəmizi dəstəkləyir və açıq şəkildə bəyan edir ki, hər zaman Azərbaycanın yanındadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında imzalanmış "İkitərəfli Hərbi Əməkdaşlıq Planı" da iki ölkə arasında hərbi müttəfiqlik effektini yaradır.İsrail dövləti ilə hərbi əməkdaşlıq Azərbaycanın beynəlxalq hərbi strategiyasında mühüm yer tutur. Son illər bu ölkə ilə hərbi sahədə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan İsrailin müdafiə sənayesi şirkətlərindən müasir pilotsuz uçuş aparatları, radarlar, raket sistemləri və sahil mühafizə vasitələri alır.
 
Vətən müharibəsi xalqın öz ordusuna inamının, sevgisinin nümayişi, Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsinin ifadəsidir. Bu Qələbəni şərtləndirən əsas amillərdən biri xalqımızın Azərbaycan Ordusunun qüdrətinə inamı idi. Eyni zamanda, bütün dünya yeni əsrin müharibəsini aparmış ordumuzun gücünü, peşəkarlığını və öz tarixi missiyasını uğurla reallaşdırmaq iqtidarında olduğunu gördü. Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış Rəşadətli ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı ilə haqlı olaraq qürur duyur. 26 İyun - Silahlı Qüvvələr Günündə 106 yaşlı ordumuzun keçdiyi inkişaf yolunu bir yazıda əhatə etmək mümkün olmasa da, reallıq budur ki, bu gün artıq Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. 44 günlük İkinci Qarabağ müharibəsində işğala son qoyaraq tarix yazıb.
 
Eşq olsun Müzəffər Ali Baş Komandana!
 
Eşq olsun Azərbaycan əsgərinə!
 
Aynur Baxşəliyeva,
Şəhid A. Mustafayev adına Bərdə şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi
 
Oxşar xəbərlər
00:27, Bu gün
"TOST" dağıdıldı, rəhbəri saxlanıldı - FOTO
28 Sep 2024 | 23:51
Sürücülərin nəzərinə: Qırmızı işıqda qalmamaq üçün bilməli olduğunuz qayda
28 Sep 2024 | 23:10
Botoks sizi daha gənc göstərir - Bunun insana xeyiri varmı?
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 22:55
Millət vəkili şəhidin ildönümü mərasiminə qatıldı
28 Sep 2024 | 22:54
İran Livana könüllü qoşun göndərməyə hazırlaşır
28 Sep 2024 | 22:44
Xarkova PUA hücumu: Ali Məhkəmənin hakimi öldü
28 Sep 2024 | 22:36
Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır - BMT
28 Sep 2024 | 22:28
Arıqlamaq üçün yumurtanı BU VAXT YEYİN
28 Sep 2024 | 22:20
Fidan: Blinkenlə Bakı-İrəvan sülhündən danışdım
28 Sep 2024 | 22:13
Sentyabrın sonunda ÜÇ BÜRCÜN həyatı kəskin dəyişəcək
28 Sep 2024 | 22:05
Ostin İsrailin hücumuna görə onunla iki dəfə danışdı
28 Sep 2024 | 21:59
İraqda əhali ABŞ səfirliyinə hücum çəkdi
28 Sep 2024 | 21:55
“BMT-dəki çıxışından sonra onun əlini sıxmaq üçün növbəyə durdular” - FOTO
28 Sep 2024 | 21:50
Şimpanze 8 aylıq körpəni öldürdü, insanlar belə qisas aldı
28 Sep 2024 | 21:43
Bu bürclər daim kasıb qalacaqlar - PROQNOZ
28 Sep 2024 | 21:38
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
28 Sep 2024 | 21:32
Ahu Tubaya hörmətsizlik- “Qızı Hülya Avşarın, Banu Alkanın dəfnə gəlməməsinə əsəbləşdi”-ÖZƏL
28 Sep 2024 | 21:30
İranda beş günlük matəm elan edildi
28 Sep 2024 | 21:20
İmmunitet sistemini gücləndirən mövsümi qidalar
28 Sep 2024 | 21:16
ABŞ Ukraynadan atəşkəs planı gözləyirdi - Keçmiş səfir
28 Sep 2024 | 21:08
Nəvəsini efirə gətirib aparıcı olmasını istədi
28 Sep 2024 | 21:00
Bu gedişlə İsrail Xameneini də aradan götürə bilərmi? - GƏRGİNLİK
28 Sep 2024 | 20:49
Fransadan Ermənistana HÖRMƏTSİZLİK 
28 Sep 2024 | 20:45
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
28 Sep 2024 | 20:37
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
28 Sep 2024 | 20:32
“Mən danışsam, siz biabır olub, susacaqsınız” - FOTOLAR
28 Sep 2024 | 20:29
İran prezidenti: ABŞ Nəsrullahın qətlinin əmri ABŞ-dan verilib
28 Sep 2024 | 20:24
Kök pəhrizi ilə arıqlayın
28 Sep 2024 | 20:16
Ərdoğan İsrailin Livana hücumunu pisləyib
28 Sep 2024 | 20:08
50 mindən çox Livan sakini bu ölkəyə qaçdı
28 Sep 2024 | 20:00
“Azərbaycan Atabəyləri” filmindən ilk görüntülər - VİDEO
28 Sep 2024 | 19:52
Onun bu fikirləri əsassızdır - Rəsmi Bakı
28 Sep 2024 | 19:48
Arzu Niftalıyeva vəfat etdi
28 Sep 2024 | 19:30
Bakıda piyada səkisi parklanma üçün zəbt edildi
28 Sep 2024 | 19:26
Nəsrullahın meyitini bu əşyasına görə tanıdılar - FOTO
28 Sep 2024 | 19:18
İşə müraciət etmək üçün ən yaxşı gün hansıdır?
28 Sep 2024 | 19:10
Şərabın ən ucuz olduğu ölkələr
28 Sep 2024 | 19:03
Qocalmanı sürətləndirən 5 amil
28 Sep 2024 | 18:55
Həsən Nəsrullahı o əvəz edəcək?
28 Sep 2024 | 18:50
Premyer Liqa: "Zirə" "Kəpəz"i məğlub edib
28 Sep 2024 | 18:43
İraqda Nəsrullaha görə 3 günlük mətam elan edildi
28 Sep 2024 | 18:37
ABŞ qoşunlarını İraqdan çıxarır
28 Sep 2024 | 18:32
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
28 Sep 2024 | 18:28
Hindistanda dəhşət: Uşaq cadu ritualının qurbanı oldu - FOTO
28 Sep 2024 | 18:20
Pezeşkian: “Hizbullah” liderini öldürmək əmri ABŞ-dən verilib
28 Sep 2024 | 18:19
Anavətənçilər Zəfər Parkını ziyarət etdi
28 Sep 2024 | 18:16
Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib
28 Sep 2024 | 18:14
"Google" keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
28 Sep 2024 | 18:06
“Gənc fotoovçu yaşıl kənddə” adlı layihənin icrasına başlanılıb
28 Sep 2024 | 18:05
Xərçəng riskini artıran məşhur qidaların adları çəkildi
28 Sep 2024 | 18:04
DİN bu dələduzluq pramidasını ifşa etdi - VİDEO
28 Sep 2024 | 17:57
COP29 sədrliyi ABŞ-da iqlimlə bağlı maliyyələşmə məsələlərini müzakirə edib - FOTO
28 Sep 2024 | 17:52
Elarizin nəvəsi ilə “dueti” — VİDEO
28 Sep 2024 | 17:47
“Həsən Nəsrullahın qətlindən sonra İran İsrailə ənənəvi yanaşmasından geri çəkilə bilər...”  
28 Sep 2024 | 17:43
İcmadan Peter Stanoya ŞİLLƏ KİMİ CAVAB
28 Sep 2024 | 17:37
İsrail və Azərbaycan müdafiə əlaqələrinin inkişafında yeni addım atıb
28 Sep 2024 | 17:31
Aerobika gimnastikası üzrə millimiz dünya çempionatının finalına yüksəlib
28 Sep 2024 | 17:25
"Yaxın Şərqdə sülhə aparan yeganə yol İsrail və Fələstin dövlətlərinin yan-yana yaşamasıdır"
28 Sep 2024 | 17:19
Suqovuşanın azadlığı uğrunda qəhrəmanlıq göstərən Vətən Müharibəsi Qəhrəmanı
28 Sep 2024 | 17:12
Nazirlikdə Paralimpiya mükafatçıları ilə görüş keçirilib - FOTO
28 Sep 2024 | 17:06
Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanıldı - FOTO
28 Sep 2024 | 17:00
COP sədrlikləri “Rio Üçlüyü” təşəbbüsünə start verir
28 Sep 2024 | 16:54
FHN Biləcəridəki yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB + FOTO/VİDEO
28 Sep 2024 | 16:48
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar
28 Sep 2024 | 16:42
"Çin Rusiyaya Ukrayna savaşı üçün dronlar tədarük edir" - "The Times"
28 Sep 2024 | 16:36
Mahir Emreli komanda yoldaşı ilə dalaşdı
28 Sep 2024 | 16:30
Smartfon işlədənlər OXUSUN: Məlumatlarınız və pullarınız belə oğurlanır
28 Sep 2024 | 16:24
Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda avtobus zolağı ləğv edilib - FOTO
28 Sep 2024 | 16:18
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişdi
28 Sep 2024 | 16:06
Bu dövlət orqanları torpağın kateqoriyasının dəyişdirilməsinə rəy verəcək
28 Sep 2024 | 16:03
“Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca Zəngəzur dəhlizi açıla bilməz...”
28 Sep 2024 | 16:00
Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqləndi
28 Sep 2024 | 15:55
"Hizbullah" Nəsrullahın öldürüldüyünü TƏSDİQLƏDİ
28 Sep 2024 | 15:49
Kərim Vəliyev Azərbaycan Ordusunda aparılan islahatlardan danışdı
28 Sep 2024 | 15:43
Bu məşhurlar da repçinin əxlaqsız məclisində yer alıbmış - FOTO
28 Sep 2024 | 15:37
"Yaxın Şərq böyük müharibə həddindədir" - Lavrov
28 Sep 2024 | 15:31
Mourinyonun əvəzlədiyi türkiyəli baş məşqçi "Qarabağ"ı çalışdırmaq istəyir
28 Sep 2024 | 15:25
Start qiyməti 100 min manata yaxın olan telefon nömrələri - SİYAHI
28 Sep 2024 | 15:18
Kamilənin toyu BU TARİXDƏ olacaq
28 Sep 2024 | 15:12
Astroloqlardan XƏBƏRDARLIQ: Nadir hallarda sevgidə xoşbəxt olan BÜRCLƏR
28 Sep 2024 | 15:06
Yemək yeyəndə niyə su içmək olmaz?
28 Sep 2024 | 15:00
Qocalmanı sürətləndirən 5 amil
28 Sep 2024 | 14:54
Şəhid Vüsal Omarovun xanımından ürəkağrıdan sözlər: "Həm yoldaşımı, həm də atamı itirdim" - VİDEO
28 Sep 2024 | 14:48
"Qisas çox ağır olacaq və bütün İsraili lərzəyə gətirəcək" - "Hizbullah" 
28 Sep 2024 | 14:42
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM
28 Sep 2024 | 14:36
Xüsusi təyinatlılar təlimdə - Gecə şəraitində şərti düşmən obyektinə qəfil basqın - VİDEO
28 Sep 2024 | 14:30
13 yaşlı qızı qaçıran 20 yaşlı oğlan ölkədən QAÇDI - VİDEO
28 Sep 2024 | 14:24
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiqləndi
28 Sep 2024 | 14:18
"Aldığı üzüyü taxmaq qismət olmadı" - 21 yaşlı şəhid Tərlan Quliyevin yarım qalan xəyalları
28 Sep 2024 | 14:11
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
28 Sep 2024 | 14:05
Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi müzakirə edilib
28 Sep 2024 | 13:58
Prezident fərman imzaladı
28 Sep 2024 | 13:52
"ABŞ Rusiya ərazisinin dərinliyinə zərbələrə icazə versə, Rusiya "ölümcül" zərbələr endirə bilər"
28 Sep 2024 | 13:46
İlham Əliyev Si Cinpini təbrik etdi
28 Sep 2024 | 13:41
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28 Sep 2024 | 13:35
Bu ərazilərdə havada toz müşahidə olunur
28 Sep 2024 | 13:29
Türkiyə paytaxtında İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anıldı - VİDEO
28 Sep 2024 | 13:23
Azərbaycan üç istiqamətdə Ermənistandan təzminat tələb edə bilər - ŞƏRH + FOTO
28 Sep 2024 | 13:17
Bədii gimnastlarımız Balkan Kubokunda fəxri kürsüyə yüksəliblər
GÜNLÜK
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
28 Sep 2024 | 07:32
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
28 Sep 2024 | 10:21
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
28 Sep 2024 | 06:44
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
28 Sep 2024 | 08:24
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
28 Sep 2024 | 08:16
Ömrü uzadan qidalar - SİYAHI
28 Sep 2024 | 11:40
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
28 Sep 2024 | 10:44
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
28 Sep 2024 | 08:49
İnternetdəki  sağlamlıq və gözəllik məsləhətlərinin TƏHLÜKƏLƏRİ 
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
AYLIQ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
28 Sep 2024 | 07:32
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
28 Sep 2024 | 10:21
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
28 Sep 2024 | 06:44
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
28 Sep 2024 | 08:24
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
28 Sep 2024 | 08:16
Ömrü uzadan qidalar - SİYAHI
28 Sep 2024 | 11:40
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
28 Sep 2024 | 10:44
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
28 Sep 2024 | 08:49
İnternetdəki  sağlamlıq və gözəllik məsləhətlərinin TƏHLÜKƏLƏRİ