Fərid Səfərlinin İranda məcburi “qonaqlığı” - Girov gənc bu həftə buraxılacaq?
Gündəm
Oxunub: 1811
23 Aug 2023 | 15:48
Fərid Səfərlinin İranda məcburi “qonaqlığı” - Girov gənc bu həftə buraxılacaq?
Dilarə Əsgərova: “Tərcüməçi tutmuşuq, yaxın günlərdə...”
 

Xəbər verdiyimiz kimi, İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə  iki il həbs cəzası verilib. F.Səfərli haqda məhkəmə qərarından bir gün sonra isə mart ayından İranda tutularaq saxlanılan Naxçıvan Muxtar Respublikasının Şərur rayonun iki sakini sərbəst buraxılıblar.

Bu barədə onların ataları məlumat verib. Bildirilib ki, rayon sakinləri - Vüsal Quliyev və Rövşən Seyidov 5 aylıq  həbsxana həyatından sonra sərbəst buraxılıb. Həmin şəxslər artıq Vətənə qayıdıblar.

Bundan daha öncə isə İranda iki ildir qanunsuz şəkildə saxlanılan və psixoloji təzyiqlərə məruz qalan azərbaycanlı gənc xanım Validə Yusifova azadlığa buraxılmışdı.

Müşahidəçilərə görə, son baş verənlər rəsmi Tehranın Bakı ilə diplomatik münasibətləri düzəltməyə yönəlik jestləridir. Hansı ki, bu ilin yanvarında İrandakı səfirliyimizə xain terror hücumu nəticəsində ən aşağı səviyyəyə enib. Hərçənd günahsız bir gənci buraxmaq əvəzinə 2 illik həbsə məhkum eləməyin özü də böyük haqsızlıqdır və əlaqələri normallaşdırmaq istəyi  kimi anlamaq olmur.

“İran məhkəməsinin Fərid Səfərliyə iki il həbs hökmü çıxarması vətəndaşımızın yaxın günlərdə azad olunacağından xəbər verir, əks halda ”casus" iddiasıyla daha uzun müddətə həbsə məhkum etməliydilər".

Bu ehtimalı politoloq Elxan Şahinoğlu irəli sürüb.

Politoloq bunun İranın münasibətləri normallaşdırmaq üçün atdığı ilk addım kimi dəyərləndirilə biləcəyini qeyd edib: “Əslində Tehran Fəridi Azərbaycanda İran kəşfiyyatı ilə əlaqəli olmaqda ittiham edilənlərə cavab olaraq həbs edib. Tehranın Fəridi azad etməyə hazırlaşmasını Azərbaycanla münasibətləri normallaşdırmaq istəyi kimi qəbul etmək olarmı? Bu ilk addım sayıla bilər, ancaq Azərbaycan səfirliyinə edilən terror hücumunun araşdırılmasının nəticəsini də görməliyik”.

Bəs məhkəmə artıq qərar çıxarıbsa, Fərid yaxın günlərdə necə azad oluna bilər? İran qanunvericiliyində bu xüsusda istisnalar varmı, yoxsa apelyasiya şikayəti olacaq? Fəridin cəzasının ləğvi və ya əfvi mümkünmü? Yoxsa kəsilmiş “cəzanı” sonadək yatmalı, İranda 2 il məcburi “qonaq” qalmalı olacaq? Dəyişdirilməsi necə, mümkünmü?

İranda həbs olunan Fərid Səfərli danışdı: "Heç bir günahım yoxdur" - ÖZƏL

Fərid Səfərli

 

Məsələ ilə bağlı Fərid Səfərlinin anası Dilarə Əsgərova “Yeni Müsavat”a deyib ki, İran qanunlarına görə, müttəhim ilk məhkumluğun üçdəbirini çəkəndən sonra qalan hissəsindən azad edilə bilər: “Vəkilin sözlərinə görə, bu qərarı yalnız hakim verə bilər. Biz buna da ümid edirik. Vəkil apelyasiya məhkəməsinə şikayət ərizəsi hazırlayır. Eyni zamanda biz tərcüməçi tutmuşuq. Tərcüməçi Fəridin qaldığı evdə beş gün ərzində (İrandan çıxmağa 5 gün qalmış evinə gizli kamera quraşdırılıb) kameranın səs yazılarını yenidən tərcümə edəcək. Çünki ciddi təhriflər var. Fəridin demədiyi sözlər təhrif olunub. Ona görə də tərcüməçi səs yazısını ingilis dilində yazı şəklində köçürəcək, onu fars dilinə tərcümə edib təqdim edəcək. Çünki məhkəmədə qulaq asanda onun fars dilində tərcüməsi tamamilə başqa bir məna kəsb edir. Ona görə Fəridlə qərara aldıq ki, tərcüməçi tutaq. Yaxın günlərdə tərcüməçi səs yazısının tərcüməsinə başlamalıdır”.

Ana onu da əlavə edib ki, cəzanın ləğvi mümkün kimi görünmür: “Səs yazısı düzgün tərcümə olunsa, heç bir sübut qalmır. Bu zaman cəzanı ləğv edə bilərlər. Amma 3-də bir hissəsini çəkməlidir, sonra əfv oluna bilər, hakim istəyərsə”.

Vəkil Turan Abdullazadə ilə müsahibə

Turan Abdullazadə

Vəkil Turan Abdullazadə mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, İran hüquq sistemindən və qanunvericiliyindən məlumatlı olmasa da, hüququn ümumi prinsipləri nəzərə alınır: “Şəxsin barəsində məhkəmənin ittiham hökmü ilə 2 il müddətinə azadlıq məhrumetmə cəzası təyin edilibsə, yaxın zamanda onun buraxılmasını gözləmək ağlabatan deyil. Lakin bu o demək deyil ki, o, vaxtından əvvəl azadlığa buraxıla bilməz. O, şərti olaraq vaxtından əvvəl azadlığa buraxıla, barəsində əfv sərəncamı və ya amnistiya aktı da qəbul edilə bilər. Habelə məhkəmənin hökmündən apelyasiya və kasasiya qaydasında şikayət verildiyi təqdirdə İran İslam Respublikası birinci instansiya məhkəməsinin hökmü apelyasiya və ya kasasiya qaydasında ləğv edilə, hökm dəyişdirilə, cəzanın müddəti azaldıla, yüngülləşdirilə və başqa cəza növü ilə əvəz oluna bilər. Təbii ki, bu qeyd etdiklərim, sadəcə, ehtimallardır. Hesab edirəm ki, Fərid Səfərli barəsində ən yaxşı nəticəni dövlət səviyyəsində, konservativ diplomatik səylərimiz və əlaqələrimiz göstərə bilər”.

Dairəsi ləğv edilən Qənizadə həqiqəti danışdı - VİDEO

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Fəridin İranda həbs edilməsi, ümumiyyətlə, onun bir müddət gizli saxlanılması tam qanunvericiliyə və beynəlxalq hüquq normalarına ziddir. Hesab edirəm ki, İran bir müddət azərbaycanlıların ”ovu"na çıxıb. Bir neçə gün öncə bir azərbaycanlı qadını azad etdilər. Sonra Naxçıvandan olan iki nəfəri azad etdilər. Fəridlə bağlı da yüngülləşirici ittiham tərtib edərək ona iki il həbs cəzası verdilər. Bütün bunlar hamısı ona hesablanmışdı ki, Azərbaycan vətəndaşları burada saxlanılsın. İranın marağında olan adamlar burada həbs edilirlərsə, onda onların dəyişdirilməsi istiqamətində bazar açsınlar. Fərid də belələrindədir.

Fəridin heç bir günahı yoxdur. Saf bir niyyətlə İrana gedib, İran Xüsusi Xidmət orqanları tərəfindən əsassız olaraq saxlanılıb. İranın Azərbaycanla diplomatik münasibətləri normallaşdırmaq istiqamətində gedən proseslər fonunda Fəridin ittihamı yüngülləşdirildi. Amma bundan öncə də demişdim, Fəridin Azərbaycana qaytarılması mümkündür. Düzdür, apelyasiya şikayəti veriləcək. Hökm qanunu qüvvəyə minəndən sonra Azərbaycanla İran arasında məhkumların qaytarılması istiqamətində addım həmişə atılıb. İranda həbs edilib saxlanmış xeyli məhbuslar öz ölkələrinə təhvil verilib. Hər iki dövlət aralarında müəyyən anlaşma imzalayıblar. O baxımdan belə hesab edirəm ki, Fəridin hökmü İranda qanun qüvvəyə mindikdən sonra Azərbaycan tərəfi Fəridi tələb edə bilər. Fərid də, yəqin ki Azərbaycanda cəza çəkmək adı ilə vətənə gəlməyə razılıq verəcək. Ola bilər ki, İranda apelyasiya məhkəməsi zamanı həbsdə olduğu müddətlə onun cəzası əvəzlənsin və dərhal azad olunsun. Demək istədiyim odur ki, Fərid istənilən halda ailəsinə və vətəninə qovuşacaq".

Qeyd edək ki, ötən gün Dünya Azərbaycanlıları Konqresi də (DAK) İranda azərbaycanlı tələbə Fərid Səfərli barəsində çıxarılmış məhkəmə hökmünü pisləyib. DAK-dan verilən məlumata görə, bununla bağlı Konqresin yaydığı bəyanatda bildirilir. Bəyanatda deyilir: “Bu ilin fevralında İranda itkin düşən və sonradan casusluq ittihamı ilə həbs olunduğu bildirilən Azərbaycan vətəndaşı Fərid Səfərli məhkəmə belə keçirilmədən 2 il müddətinə azadlıqdan məhrum edilib. İran tərəfinə məhkəmə iclaslarının keçirilmə tarixləri və Baş konsulluğumuzun rəsmilərinin iclaslarda iştirakı barədə sorğu ünvanlansa da, müraciətlər İran tərəfindən cavablandırılmayıb və məhkəmə iclaslarında iştirak mümkün olmayıb. Bununla yanaşı, təqsirləndirilən şəxs tərcüməçi ilə də təmin olunmayıb”.

Qeyd edilir ki, bu hadisə, eləcə də digər olaylar Tehran rejiminin Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı düşmənçilik niyyətini bir daha ortaya qoyub: “Bu, Azərbaycan vətəndaşlarının İran hakimiyyətinə etibarını hədsiz şəkildə azaldıb. Fərid Səfərliyə bəraət verilib Azərbaycana təhvil verilməsini təmin etməzsə, Tehran terrorçu rejim olması ilə bağlı ünvanına deyilənləri bir daha təsdiqləmiş olacaq. Çünki insan oğurluğu, xarici ölkə vətəndaşını girov götürmək kimi əməllər terrorçuya, cinayətkara xasdır. İran hazırda bu ölkəyə müalicə, təhsil, ticarət, turist səfəri edən Azərbaycan vətəndaşlarına potensial casus kimi baxır. SEPAH-a bağlı xüsusi şəxslər bu insanlarla müxtəlif yollarla təmasa keçib onlara sonda casusluq təklif edir, rədd cavabı aldıqda isə ”azərbaycanlı casus" yaradıb, onu həbs etmək yoluna baş vurur".

 
Oxşar xəbərlər
12:13, Bu gün
Aşıq Ələsgər Ağkilsə kəndində yad olunacaq
12:07, Bu gün
Bu ay pul tapacaq bürclər - Gözlənilməz qazanclar gəlir
12:01, Bu gün
Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI - FOTO
11:55, Bu gün
Əli Nağıyevdən əsir və itkin düşmüş vətəndaşlarla bağlı SENSASİON AÇIQLAMALAR - YENİ RƏQƏMLƏR
11:44, Bu gün
Pensiya və müavinətlər bu qədər artacaq: Büdcənin 43 faizi sosial xərclərə ayrılıb - Komitə sədri
11:37, Bu gün
İrandan Rusiyaya “gavalı və üzüm” aparan avtomobildən 76 kiloqramdan çox narkotik aşkar edildi - FOTO
11:31, Bu gün
Abşeronda hərbi sursatlar aşkarlandı - VİDEO
11:24, Bu gün
İtkin düşmüş şəxslər mövzusuna həsr edilən beynəlxalq konfrans keçirildi
11:16, Bu gün
“Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır” - Kamaləddin Qafarov
11:10, Bu gün
Prezident forum iştirakçılarına müraciət ünvanladı
11:06, Bu gün
Qurd qapısı yaxınlığında “respublika başçısına terror edəcək” dekan müavini də güllələndi...
11:05, Bu gün
Aşıq Ələsgər sənətinin işığında...
11:00, Bu gün
Azərbaycana bir ay ərzində girişi qadağan olunan 20 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb
10:50, Bu gün
Dərmandan şoka düşərək öldü
10:42, Bu gün
İctimai nəqliyyatdan istifadə edənlərə ŞAD XƏBƏR
10:36, Bu gün
Əli Nağıyev: "Azərbaycan sülhün və birgə yaşayışın bərpasının tərəfdarıdır"
10:30, Bu gün
Tanınmış aparıcıya vəzifə verildi
10:23, Bu gün
Havalar soyuyur: Xəstələnməmək üçün nə edək?
10:15, Bu gün
Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
10:11, Bu gün
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB
10:08, Bu gün
Bu ölkənin vətəndaşları ABŞ-a vizasız gedə biləcək
09:59, Bu gün
Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma olub
09:50, Bu gün
Bakının bu qəsəbəsində qaz olmayacaq
09:46, Bu gün
Azərbaycanlı aparıcının meyxanaçı ilə toyundan görüntüləri
09:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! - Bu hallarda cərimələnə bilərsiniz - VİDEO
09:34, Bu gün
Aropada inflyasiya REKORD HƏDDƏ ÇATDI - Dollar bahalaşacaqmı?
09:29, Bu gün
Qadın ərinə şərt qoydu: O biri kişini də qəbul edəcəksən ... - Bir qətlin TƏFƏRRÜATI
09:21, Bu gün
DTX casusu ifşa etdi: Şuşanın şəkillərini ermənilərə göndərirmiş...
09:15, Bu gün
Marketlərdə satılan bu suları içməyin – TƏHLÜKƏ VAR
09:06, Bu gün
İcma: Ermənistandan Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik
08:58, Bu gün
38 yaşlı məşhur yarıçılpaq halda poza verdi - FOTO
08:50, Bu gün
"Kupça"sız ev problemi tarixə qovuşur? - VİDEO
08:44, Bu gün
Bu universitet tələbələrini özü seçəcək - VİDEO
08:35, Bu gün
İsrail Beyrutu VURDU
08:33, Bu gün
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”-“Hraparak”
08:17, Bu gün
Bu gün sevgidə kimlər şanslı olacaq? - Hər bürc üçün sevgi PROQNOZU
07:30, Bu gün
"İran: "Raketlərin çoxu hədəfləri vurub..."- "Raketlərin əksəriyyəti tutulub...-İsrail"
07:04, Bu gün
Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...
01:08, Bu gün
Beynəlxalq aviaşirkətlər Bakıya təcili eniş üçün müraciət etdilər
01:06, Bu gün
İranın İsrailə hücumu: 7 ölü, 16 yaralı
00:59, Bu gün
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
00:45, Bu gün
İsrail XİN: "Bu gün Ayətullah rejimi qırmızı xətti keçdi"
00:10, Bu gün
Yaxın Şərqdə olanlara görə Baydeni günahlandırdı
00:06, Bu gün
"WikiLeaks"-in təsisçisi Julian Assanj necə azadlığa buraxılıb?
00:03, Bu gün
Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir - Peskov
00:02, Bu gün
"İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq" - Ceyk Sallivan
01 Oct 2024 | 23:49
İran İsrailə qarşı ilk dəfə hipersəs raketlərindən istifadə edib - FOTO/VİDEO
01 Oct 2024 | 23:48
"30 ilə yaxın müddətdə Ermənistanın cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb"
01 Oct 2024 | 23:45
"Netanyahuya deyin ki..." - Pezeşkian
01 Oct 2024 | 23:33
Ukrayna məktəblərində rus dilində danışmaq qadağan edilə bilər
01 Oct 2024 | 23:10
İran xalqı İsrailə hücumu bayram edir - VİDEO
01 Oct 2024 | 23:05
İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır
01 Oct 2024 | 23:00
Bu ölkələr hava məkanını bağladı
01 Oct 2024 | 22:55
BMT TŞ İran-İsrail gərginliyi ilə bağlı fövqəladə iclas keçirəcək
01 Oct 2024 | 22:50
Şokoladı saxlamaq üçün ən yaxşı yer məlum olub
01 Oct 2024 | 22:45
TƏCİLİ: Rusiya bu şəhəri ələ keçirdi
01 Oct 2024 | 22:44
“Heykəltəraş can qoyub, ayıb deyilmi?”- Aşıq Ələsgərin nəticəsi babasının heykəlini tənqid edənlərə CAVAB verdi-ÖZƏL+FOTO
01 Oct 2024 | 22:39
İsrail İranın ən böyük elektrik stansiyasını vuracaq - Video
01 Oct 2024 | 22:25
SON DƏQİQƏ: Bayden orduya əmr verdi - ABŞ müharibəyə qoşulur
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
01 Oct 2024 | 22:17
Sergey Lavrov Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar ziyafəti verib
01 Oct 2024 | 22:15
BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
01 Oct 2024 | 22:15
Tək ulduzun orbitində görün nə tapıldı
01 Oct 2024 | 22:14
Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb
01 Oct 2024 | 22:14
İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO - YENİLƏNİB
01 Oct 2024 | 22:10
İran İsrailə 500 raket atıb
01 Oct 2024 | 22:07
İranın İsrailə raket zərbələri nəticəsində 2 nəfər yaralanıb
01 Oct 2024 | 22:04
İranın raketlərinin 80%-i İsraildə nəzərdə tutulan hədəfləri vurub
01 Oct 2024 | 22:02
İsrail İranın raket hücumuna cavab verəcək
01 Oct 2024 | 21:54
KİV: İsrailə raket hücumu Ayətullah Əli Xameneinin göstərişi ilə həyata keçirilib
01 Oct 2024 | 21:51
Beynəlxalq Cinayət Məhkəməsi Lukaşenko rejiminin cinayətlərini araşdıracaq
01 Oct 2024 | 21:47
Xalqımız üçün taleyüklü məsələyə – Qərbi Azərbaycana qayıdışa dair hədəflər
01 Oct 2024 | 21:39
Balqabaq toxumlarının unikal xüsusiyyətləri aşkar edilib
01 Oct 2024 | 21:31
Yaralı halda döyüşərək düşmən snayperini zərərsizləşdirən qəhrəman...
01 Oct 2024 | 21:30
Tıxacların yaratdığı dəhşətli XƏSTƏLİKLƏR
01 Oct 2024 | 21:24
İrandan buraxılan raketlər Təbriz səmasında - VİDEO
01 Oct 2024 | 21:20
SEPAH: İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək
01 Oct 2024 | 21:15
Bayden İranın İsrailə hücumundan sonra HƏRƏKƏTƏ KEÇDİ
01 Oct 2024 | 21:08
"Simpsonlar"da şok final: Əfsanəvi cizgi filminin sonu olacaq?
01 Oct 2024 | 21:00
Qarabağ Universitetində tələbələrin əyləncəli anları - VİDEO
01 Oct 2024 | 20:50
Oktyabrın bu günündə heç bir şey planlaşdırmayın, yoxsa...
01 Oct 2024 | 20:45
KİV: “Hizbullah” arsenalının yarısını itirib
01 Oct 2024 | 20:37
İsraildən şok: İrandan genişmiqyaslı hücum ola bilər
01 Oct 2024 | 20:29
Hərbi səfərbərlik elan edildi
01 Oct 2024 | 20:26
ABŞ YouTube-u məhkəməyə verdi
01 Oct 2024 | 20:23
Tel-Əvivdə atışma baş verib, ölən və yaralananlar var
01 Oct 2024 | 20:20
Livandan İsrailin mərkəzinə raket atıldı
01 Oct 2024 | 20:13
Paşinyan İranın birinci vitse-prezidenti ilə görüşdü
01 Oct 2024 | 20:05
Təyyarədə uçmazdan əvvəl qaçınılması lazım olan içki
01 Oct 2024 | 19:58
Neft və qızıl BAHALAŞDI
01 Oct 2024 | 19:50
ABŞ Rusiyanın 7 vətəndaşına sanksiya tətbiq etdi
01 Oct 2024 | 19:43
ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
01 Oct 2024 | 19:35
"Şerlok Holms" infarkt keçirdi - FOTO
01 Oct 2024 | 19:30
Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək
01 Oct 2024 | 19:25
Azərbaycan idmançısı Əbu-Dabidə keçirilən peşəkar turnirdə qələbə qazanıb
01 Oct 2024 | 19:24
Rusiya qələbəyə gedən “ən qısa yolu” tapdı: 145 milıyardlıq “zəfər layihəsi”
01 Oct 2024 | 19:20
20 yaşlı gənc anasını məhkəməyə verdi - Təəccüblü səbəb
01 Oct 2024 | 19:19
Putinlə Netanyahu arasında telefon danışığı gözlənilir
01 Oct 2024 | 19:16
Nurlana Cəfərova yüksək vəzifəyə TƏYİN EDİLDİ
01 Oct 2024 | 19:08
“Miss Türkiyə”nin qalibi xərçəng xəstəliyi ilə bağlı Vaşinqtona yollandı
GÜNLÜK
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 13:32
Vidadi İsgəndərli vəfat etdi
01 Oct 2024 | 14:35
Azərbaycanda YENİ QƏRAR: Bu şəxslər maşın sürə bilməz
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
01 Oct 2024 | 13:37
Sabah 70 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq - XƏBƏRDARLIQ
01 Oct 2024 | 12:50
Bakıda məktəbdə partlayış - Xəsarət alan var
01 Oct 2024 | 12:40
Maskalı şəxslər baş həkimi güllələdi - FOTO
01 Oct 2024 | 12:45
Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... - Proses pozuldu
01 Oct 2024 | 21:24
İrandan buraxılan raketlər Təbriz səmasında - VİDEO
01 Oct 2024 | 13:58
Dünyaya səs salıb, yenidən dirçələn şəhər - Xankəndini bir də belə görün - VİDEOREPORTAJ
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 13:32
Vidadi İsgəndərli vəfat etdi
01 Oct 2024 | 14:35
Azərbaycanda YENİ QƏRAR: Bu şəxslər maşın sürə bilməz
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
01 Oct 2024 | 13:37
Sabah 70 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq - XƏBƏRDARLIQ
01 Oct 2024 | 12:50
Bakıda məktəbdə partlayış - Xəsarət alan var
01 Oct 2024 | 12:40
Maskalı şəxslər baş həkimi güllələdi - FOTO
01 Oct 2024 | 12:45
Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... - Proses pozuldu
01 Oct 2024 | 21:24
İrandan buraxılan raketlər Təbriz səmasında - VİDEO
01 Oct 2024 | 13:58
Dünyaya səs salıb, yenidən dirçələn şəhər - Xankəndini bir də belə görün - VİDEOREPORTAJ