Müsavat Partiyası başqanının müavini Osman Kazımov Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında cari illə bağlı gözləntilərini dilə gətirib. O.Kazımov demokratik islahatlar baxımından əsaslı dəyişiklikləri istisna etsə də, bəzi amillərin belə bir dəyişikliyə rəvac verməsinin mümkünlüyünü də qəbul etdiyini vurğuladı:
“Azərbaycan
hakimiyyəti demokratik islahatları özünün sonu - faciə kimi qəbul edir. Hakimiyyətin
mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri yaxın zamanlarda azaldacağına
inanmıram. Hakimiyyət həmişə seçki ilində kütləvi həbslərə gedir. Sonra seçki
ilə bağlı beynəlxalq təşkilatlar və aparıcı dövlətlərlə alverə gedir. Keçmişə nəzər
salsanız bu fikrin gerçəkliyinin şahidi olacaqsınız. Təəssüf ki, bir çox hallarda
da beynəlxalq qurumlar belə alverdə iştirakçıya çevrilirdilər. Amma son dövrlərdə
bir qədər fərqli hadisələr cəryan edir. Belə görünür ki, beynəlxalq qurumlar,
ABŞ və Avropa dövlətləri artıq belə oyunda iştirak etmək istəmirlər. Hər halda
belə görünür. Beynəlxalq təşkilatların qətiyyətli mövqeyi nələrisə dəyişə bilər
.Təbii ki, Azərbayan cəmiyyəti də qəflət yuxusundan oyanarsa, aktivləşərsə
demokratik islahatlara ümid yarana bilər”.
Seymur Əliyev