“Avropanın qış üçün kifayət qədər qazı olacaq”.
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
Komissiya sədri Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərkən bu barədə fikirlərini ifadə edib.
“Azərbaycan kimi etibarlı tədarükçülər və digər dostlarımız bu kritik anda bizə kömək etdilər”, - deyə o qeyd edib.
Eyni zamanda Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould da öz “Twitter” hesabından interkonnektorun açılışı ilə bağlı paylaşım edib.
“Azərbaycan qazını Avropaya daşıyan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun istifadəyə verilməsindən məmnun oldum. Bu, Şərqi Avropanın enerji xəritəsində yeni başlanğıcdır! Bizim yaxın enerji tərəfdaşımız olan Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur”, - deyə səfir vurğulayıb.