AXC iqtidarı Sürət Hüseynovun atasının cümə axşamı Gəncəyə qoşun yeritdi
Oxunub: 13370
15 Jun 2014 | 10:56
AXC iqtidarı Sürət Hüseynovun atasının cümə axşamı Gəncəyə qoşun yeritdi

əvvəli...moderator.az/?xeber=47743

Pənah Hüseynov nədən əlini əlinə vuraraq, tez-tez “dövlət gücünü göstərməlidi” ifadəsinin təkrarlayırdı...

  ...1993-cü ilin aprelində ölkədə obyektiv olaraq, sovet iqtisadiyatının dağılması ilə başlamış sosial- iqtisadi böhran dərinləşməkdə idi.  Subyektiv olaraq, AXC iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyini bilməmələri, hakim komandadakı daxili çəkişmələr, vahid siyasətin və dövlət intizamının olmaması, səhv kadr siyasəti və Kəlbəcərin itirilməsi ilə dərinləşən ictimai-siyasi gərginlik ölkəni dərin böhrana sürükləmişdi.  Şimalda və cənubda sepataratçılıq baş qaldırmaqda, hakimiyyət isə yaranmış vəziyəti doğru qiymətləndirmək, çıxış yolu tapmaq iqtidarında deyildi. AXC iqtidarının daxili siyasəti getdikcə məlum təmsildəki durna, xərçəng və balığın yük daşımaq cəhdlərini xatırlayırdı. 

Belə bir şəraitdə Ali Sovetin deputatları ölkədəki vəziyyəti müzakirə etmək və çıxış yollarını aramaq məqsədilə sessiyanın çağırılması üçün imzatoplama kampaniyasına başladılar. Pənah Hüseynov bunu “dövlət çevrilişinə cəhd” adlandırır. Ölkə rəhbərliyinin apardığı yarıtmaz siyasət nəticəsində yaranmış ağır vəziyəti müzakirə etmək istəyən xalq deputatlarının parlamentin sessiyasını çağırışı tələbini “dövlət çevrilişinə cəhd” kimi qiymətləndirmək demokratik dəyərlərə və qəbul edilmiş sivil siyasi praktikaya tamamilə zidd yanaşmadı. Əlbəttə, Ali Sovetin sessiyasının çağırılması tələbinin arxasında  müəyyən qrupların hakimiyyətə gəlmək niyyətləri dayana bilərdi. Lakin siyasi partiyaların hakimiyyətə gəlmək istəyini qeyri- qanuni hərəkət, dövlət çevrilişinə cəhd hesab etmək olmaz. Pənah bəyin və onun məsləkdaşlarının problemi yalnız nəzəri demokratik dəyərlərin mənimsənilməsi ilə və dünyagörüşlərindəki qüsurlarla bağlı deyildi. Onların ciddi narahatçılığına praktiki səbəblər var idi.

İş burasındadı ki, 1991-ci il, noyabrın 26-da  Prezident Ayaz Mütəllibovun Qarakənd faciəsində itirdiyi komandasının yeddisi çıxmamış, AXC “isti- isti”, 340 nəfərlik Ali Sovetin 290 deputatını parlamentdən kənarlaşdırmaqla, Konstitusiyada nəzərdə tutulmayan, 50 nəfərlik “Ali Sovetin Milli Şurasını”  yaratdı. Ali Sovetə AXC-dən seçilmiş cəmi 25 deputatın hamısı Ali Sovetin Milli Şurasına daxil edildilər. Qalan 25-i isə müstəqil adlanan, lakin əsasən AXC meyilli deputatlar idi. Hüquq nihilizmini heç vaxt gizlətməyən cəbhəçilər,  Ali Sovetin Milli Şurasının “25-in 25-ə" təşkilini yaxın gələcəkdə hakimiyəti tam ələ keçirmək məqsədilə bir “tramplin” kimi yaratmışdılar. Cəbhəçilər hakimiyyətə gələndən sonra Ali Sovetin Milli Şurasını “Milli Məclis” adlandırdılar. 1991-ci ilin sonundan Milli Məclisdən kənarda qalmış ölkənin ali qanunverici orqanı-Ali Sovetin sessiyası  AXC iqtidarının başının üzərində “domokl qılıncı” kimi asılmışdı. Onlar A. Mütəllibovu MM-in binasında saxlayıb, istefaya məcbur etməklə, onu hakimiyyətdən uzaqlaşdırsalar da, Ali Sovet buraxılmadığına görə Konstitusiyaya uyğun olaraq, rəsmən ölkənin ali qanunverici orqanı olduğunu "demokratlar" da yaxşı bilirdi. Bu üzdən də  Ali Sovetin sessiyası hüquqi cəhətdən  AXC hakimiyyətinin “zəif nöqtəsi” idi.

 1993-cü ilin yanvarında Naxçıvan Ali Soveti Azərbaycanın Milli Məclisini qeyri-legitim (Konstitusiya ilə nəzərdə tutulmayan) orqan kimi tanıması haqqında qərar qəbul etdi və həmin “zəif nöqtəni” “vurdu”. Bu qərarı MM tribunasından səsləndirmək üçün Naxçıvandan Bakıya bir deputat da  gəlmişdi. Ona MM tribunasından çıxış etmək imkanı verilməsə də,  Naxçıvan Ali Sovetinin qərarını MM-in sədrinə təqdim etmişdi.

1993-cü ilin aprel-may aylarında  ölkədə baş verənlərə hakimiyyətin getdikcə qeyri-adekvat reaksiyası cəmiyyətin ona qarşı inamını sarsıtmışdı. Prezidentin televiziya çıxışlarında, “... rüşvət alırsınız, heç olmasa insaflı alın”, kimi məmurlara çağırışları ümumi hərc-mərclik fonunda ictimayət arasında onun acizliyi kimi qəbul edilirdi.

Bakıdan öncə Ermənistan qaçqınları Gəncədə məskunlaşırdılar. Daha sonra ilk  Qarabağ köçkünləri də əsasən Gəncəyə pənah gətirmişdilər. Bundan başqa,  Qarabağda müharibə başlayandan Gəncə cəbhəyanı şəhər kimi yaşayırdı. Kəlbəcərin işğalından sonra Gəncədə sosial- iqtisadi tələblərlə mitinqlər keçirilirdi. 

Kəlbəcərin işğalı ilə bağlı televiziya çıxışında Əbülfəz Elçibəy “... Müharibədi. Hər şey ola bilər. Gəncəni də itirə bilərik ... qaytaracağıq”, deyəndən sonra isə Gəncə və ətraf rayonlarda insanlar “vallah deyəsən bunlar Gəncəni də veriblər”, ciddi təşvişə düşdülər. Kəlbəcərin 1 həftə ərzində itirilməsi fonunda  xalqda hakimiyyətə inamsızlıq daha da dərinləşmişdi. Torpaqların “verilməsinə” inanmayanlar belə, real vəziyyəti görüb, ailəsinə, həyatına görə ciddi narahatçılıq keçirirdi.

Bu şəraitdə MM-dən kənarda qalmış Ali Sovetin deputatları, Konstitusiyada göstərilən şəkildə, sessiyanın keçirilməsi üçün tələb olunan deputatların ümumi sayının 1/3-i qədər imza toplamağa başladılar. Artıq 130-dan artıq deputat sessiyanın keçirilməsi tələbini imzalamışdı. Lakin hakimiyyət hər vəclə sessiyanın çağırılmasını əngəlliyirdi. Baxmayaraq ki, İsa Qəmbər məhz Ali Sovetin sədri, Milli Məclisin rəsmi adı isə Ali Sovetin Milli Şurası idi. Belə bir durumda onlar deputatı olduqları və mandatından istifadə etdikləri Ali Soveti "qeyri- qanuni orqan” hesab edirdilər, sessiya çağırılmasını isə “dövlət çevrilişinə cəhd” kimi qiymətləndirirdilər. Qüvvədəki Konstitusiyaya görə dövlətin ali qanunverici orqanı olan Ali Sovetin sessiyasının çağırılması nə əsasla dövlət çevrilişinə cəhd hesab olunmalı idi? Öncə bu suala cavab verilməlidir. Əgər Ali Sovetin sessiyasının çağırılması “dövlət çevrilişinə cəhd” idisə, niyə 4 iyun hadisələrindən sonrakı televiziya çıxışlarından birində Ə. Elçibəy deyir ki, “buyurun, gəlin keçirdin sessiyanı, sizə bunu kim qadağan edir ki?”

Həmin vaxtlar Gəncə İH qarşısında keçirilən mitinqlərdə Ali Sovet deputatları etirazçıların qarşısında çıxış edərkən, “sessiyanın Bakıda keçirilməsinə imkan verməsələr, sessiyanı Gəncədə keçirəciyik!”, kimi tələblər səsləndirirdilər. Ali Sovetin  sessiyası cəbhəçilərin süni və qeyri-qanuni yaratdığıqları parlamentdəki səs çoxluğunu rəqiblərin xeyrinə dəyişirdi.  “Domokl qılıncı” cəmi il yarım sonra sonra bunu  asanların üstünə düşürdü.

Sessiyanın çağırılması tələbi altında S. Hüseynovun imzası AXC iqtidarını sessiyanın Gəncədə gerçəkləşdirilə biləcəyinə inandırmışdı. Tələbi imzalamaqla o, sessiyanın çağırılmasında qeyri-qanuni bir şey görmədiyindən, sadəcə xalqın səsinə səs vermişdi.  Sonuncu imza atan da elə  S. Hüseynov olmuşdu. Bu arada, 1993-cü il, aprelin 30-da Gəncədə 39 rayondan  ağsaqqallar toplaşıb, “Ağsaqqallar Şurası” yaratdılar. Jurnalistlərin də iştirak etdikləri “Şuranın” təsis iclasında ölkədə yaranmış ağır sosial- iqtisadi durum müzakirə olunmuşdu. İclasın yekununda Prezidentə və Ali Sovetə müraciət qəbul edilmişdi. S. Hüseynov da “Ağsaqqallar Şurasının” toplantısında iştirak etmişdi. Müraciətdə Prezidentdən “Ağsaqqallar Şurası”nın nümayəndə heyyətini qəbul etməsi xahiş olunurdu. S. Hüseynovun Azərbaycanın mərkəzi və qərb regionlarındakı böyük nüfuzu  və Gəncədə təşkilində yaxından iştirak etdiyi h/h-nin mövcudluğu  AXC iqtidarı yüksək mənsubları sessiyanın keçirilməsinin Gəncədə reallaşacağına ciddi arqumentlər hesab edirdilər. Yeri gəlmişkən qeyd edim ki, “milli-demokrat” mətbuatı həqiqəti təhrif edərək, “Ağsaqqallar Şurasını” indiyə qədər “S. Hüseynovun dövlət çevrilişi etmək üçün yaratdığı “Hərbi Birlik", Şuranın Prezidentə və Ali Sovetə müraciətini isə “Hərbi Birliyin dövlətə meydan oxuması” kimi təqdim edir. 

Beləliklə, AXC iqtidarı S. Hüseynova qarşı dövlət strukturlarında növbəti dəfə anti- təbliğat kampaniyasına və gizli planların hazırlanmasına başladı.

Ölkənin sosial- iqtisadi problemlərini və bununla bağlı cəmiyyətdə qaldırılan məsələləri siyasi yolla həll etmək əvəzinə, idarə etdikləri dövlət qarşısında məhsuliyyət hissindən məhrum neobolşevik AXC liderləri      “S. Hüseynov faktoru"nu uydurub, onu “zərərsizləşdirmək” üçün planlar cızmağa başladılar. Planın bir neçə keçilməz çətinlikləri vardı.  Onlardan biri S. Hüseynovun nə şəkildə “zərərsizləşdirilməsi” idi. Çünki onun həbsi üçün öncə MM-də deputat toxunulmazlığını qaldırmaq lazım gəlirdi. Bu, Respublika Baş Prokurorun təqdimatı ilə edilməli, təqdimatda S.Hüseynovun həbs edilməsinin zərurəliyi əsaslandırılmalıydı. Əsas isə tapılmırdı. Baş Prokuror bəylərin "anti-Surət" təbliğat şablonlarını cinayət işinə tikə bilməzdi.  

 Belə olan halda, iqtidar başbilənləri “709-cu briqada” kartının oynanmasını qərara aldılar.  Gəncənin şərq girəcəyində yerləşən 709-cu briqada, Rusiyanın 104-cü diviziyası ilə hasar qonşusu idi. Güc əməliyyatı zamanı təsadüfən bir güllə ya mərmi Rusiya hərbçilərinə dəysəydi, h/h-yə xəsarət yetirilsəydi, bu, Rusiya ilə Azərbaycan arasında ciddi gərginliyə səbəb ola bilərdi. Buna görə bəylər 709-cu briqadaya qarşı güc kampaniyasını 104-cü diviziya Azərbaycandan çıxandan sonraya təyin etdilər.

1993-cü il, mayın 25-i 104-cü diviziya Azərbaycanı tərk edəndən dərhal sonra, Dövlət Müdafiə Komitəsində  S. Hüseynov və 709-cu briqada haqqında 26 may 1993-cü il tarixli qərar qəbul edildi. Qərarı qısaca Prezident Ə. Əliyev ifadə etdi, “S. Hüseynov ya həbs, ya məhv edilməli, 709-cu briqada ya tərksilah, ya məhv edilməlidi”. Bununla da 709-cu briqadaya və S. Hüseynova qarşı “Tufan” adlı güc əməliyyatı, mahiyyət etibarilə isə silahlı təxribat planı hazırlanmağa başlandı. Plana əsasən, S.Hüseynov və “rusiyapərəst hərbi müxalifət” məhv ediləndən sonra Gəncədə və ölkənin başqa iri şəhərlərində sərt polis rejimi tətbiq olunmalı, müxalifət partiyalarının fəaliyəti dayandırılmalı idi. Əslində bütün bunlar müharibə şəraitində çoxdan olmalıydı. “Milli hökümət” isə bunu yalnız hakimiyyəti bu yolla gücləndirməyi lazım biləndə etməyə başladı. 4 iyun ərəfəsində Pənah Hüseynov yersiz eyforiyaya qapanıb, əlini əlinə vuraraq, tez-tez “dövlət gücünü göstərməlidi” ifadəsinin təkrarlayırdı. P. Hüseynov və məsləkdaşları müharibə gedən bir ölkədə gücü kimə göstərməyin lazım olduğunu səhv salmışdı. 

Beləliklə, Gəncədə 709-cu briqadaya və S. Hüseynova qarşı “Tufan” əməliyyatının keçirilməsi üçün 3 iyun axşamdan şəhərə iri hərbi  və xüsusi bölmələr, zirehli texnika və artilleriya vasitələri gətirilməyə başlandı.

 709-cu briqadanın mühasirəyə alınması haqqında xəbər S. Hüseynova elə həmin  gün, yeni rəhmətə getmiş atasının “cümə axşamısında” bildirilmişdi. S. Hüseynov, məclisə gəlmiş “Qazaxlı Alikin” əməliyata rəhbərlik üçün Gəncədə olan DİN müavini Qabil Məmmədovla qohum olduğunu nəzərə alaraq, onun vasitəsilə Ə. Elçibəyə onun dilindən bunları çatdırmağı xahiş edir: "Bəyə deyin ki, müsəlmançılıqdı, imkan versinlər iyunun 13-ü atamın 40 mərasimini verim, iyunun 14-ü hara desələr gələcəm".  Lakin Alik  onlarla əlaqə saxlayandan sonra mağara qayıdıb S.Hüseynova deyir  ki,  “Bəy, dedilər ki, qərar artıq qəbul edilib, fikirləri qətidir" ...  

Nazim Bayramov

Ardı var...

 

 

 

 

     

 

 

Oxşar xəbərlər
14:02, Bu gün
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
13:58, Bu gün
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
13:54, Bu gün
Samirə Mustafayeva AzTV-dən ayrıldı
13:50, Bu gün
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
13:48, Bu gün
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib
13:45, Bu gün
Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxıblar
13:41, Bu gün
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb
13:38, Bu gün
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
13:35, Bu gün
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
13:30, Bu gün
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
13:27, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
13:25, Bu gün
Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
13:23, Bu gün
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
13:20, Bu gün
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:15, Bu gün
"Baku EduEXPO-2024" Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək
13:09, Bu gün
ADA Universitetində “İqlim-Su Zirvəsi” adlı beynəlxalq konfrans keçirilib - FOTO
13:06, Bu gün
Faciəvi şəkildə ölən Tofiq tələbə imiş
13:03, Bu gün
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
12:58, Bu gün
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI
12:54, Bu gün
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
12:51, Bu gün
Razi Əliyeva işində son şahidlər dindirildi
12:47, Bu gün
Bəzi bölgələrinə qar yağıb - FAKTİKİ HAVA 
12:43, Bu gün
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
12:39, Bu gün
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
12:35, Bu gün
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
12:30, Bu gün
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
12:25, Bu gün
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
12:20, Bu gün
Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı
12:16, Bu gün
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
12:12, Bu gün
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
12:08, Bu gün
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
12:04, Bu gün
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
12:02, Bu gün
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
11:58, Bu gün
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
11:54, Bu gün
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
11:51, Bu gün
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
11:48, Bu gün
“Prius”lar üçün son bir ay
11:44, Bu gün
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
11:42, Bu gün
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
11:40, Bu gün
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
11:38, Bu gün
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
11:33, Bu gün
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək
11:29, Bu gün
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
11:25, Bu gün
Aleksandr Lukaşenko Füzuliyə getdi
11:22, Bu gün
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
11:19, Bu gün
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
11:15, Bu gün
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
11:13, Bu gün
“Evi süpürməyə süpürgəm olmasa...” – VİDEO
11:11, Bu gün
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
11:05, Bu gün
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
10:59, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət verilib
10:51, Bu gün
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:39, Bu gün
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
10:37, Bu gün
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
10:33, Bu gün
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
10:28, Bu gün
Uşaqlarını diləndirən 345 valideyn cəzalandırıldı
10:23, Bu gün
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlandı - SİYAHI
10:18, Bu gün
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
10:13, Bu gün
İrandakı səfirliyimizdə DƏYİŞİKLİK
10:10, Bu gün
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
10:04, Bu gün
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
10:00, Bu gün
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
09:59, Bu gün
Avro və lirə ucuzlaşdı - Məzənnə
09:51, Bu gün
Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı
09:46, Bu gün
Abşeronda avtobus QƏZASI- xəsarət alan var 
09:41, Bu gün
İranı sel vurub-Yollar iflic, parklar bağlı
09:35, Bu gün
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
09:29, Bu gün
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
09:22, Bu gün
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
09:10, Bu gün
Bakıda bu binalar söküləcək, yerində isə... - FOTO
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
08:56, Bu gün
Albaniya Azərbaycanda səfirlik açacaq - Belinda Balluku
08:44, Bu gün
12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ
08:36, Bu gün
Zelenski Tehranı düşmən hesab edir -Mudabber
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
08:17, Bu gün
Si Cinpin Putinə deyib ki, Çin “Ukrayna böhranı” ilə bağlı sülh konfransını dəstəkləyir...
08:13, Bu gün
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - YENİLƏNİB
08:00, Bu gün
Səhərlər mütləq bunları yeyin- İNANILMAZ FAYDALARI
07:44, Bu gün
Zaqatalada 6 otaqlı ev yanıb KÜL OLDU
07:35, Bu gün
Qriqoryan bu kəndin 25 hektar torpağının Ermənistan ərazisində qaldığını təsdiqlədi...
07:35, Bu gün
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida
06:33, Bu gün
Zelenski Xarkova getdi və şəhəri işğaldan qorumağın yolunu açıqladı... -FOTO
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024 | 22:58
“Qarabağ”dan bazar dəyəri bir milyon avro olan qapıçısına YENİ TƏKLİF
16 May 2024 | 22:38
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
16 May 2024 | 22:33
"Kiyev Lavrovun fikirlərini məsxərəyə qoyub və burada gizlin məna tapıb..."
16 May 2024 | 22:33
Fransa XXI əsrin Yeni Kaledoniyası ilə XIX əsrin Əlcəzairi kimi davranır
16 May 2024 | 22:22
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
16 May 2024 | 22:21
“Hizbullah” İsrailə rekord sayda raket atdı
16 May 2024 | 22:19
İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:48
"Xarici nüfuzun şəffaflığı haqqında" qanun Avropa İttifaqının əsas norma və dəyərlərinə ziddir..."
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
GÜNLÜK
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 14:46
Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB + FOTO
16 May 2024 | 14:37
“Parkda” tamaşasının premyerası olub - FOTOLAR
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 14:46
Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB + FOTO
16 May 2024 | 14:37
“Parkda” tamaşasının premyerası olub - FOTOLAR
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO