Vicdanla vəzifəsini yerinə yetirinlərə hədə-qorxu gəlməyin! - VİDEO
Gündəm
Oxunub: 8020
25 May 2014 | 22:47
Vicdanla vəzifəsini yerinə yetirinlərə hədə-qorxu gəlməyin! - VİDEO
Moderator.az tanınmış hüquqşünas Aslan İsmayılovun Binəqədi Rayon Məhkəməsində Azərbaycan əslli alman vətəndaşı Vüsal Şilderə qarşı törədilən cinayətlə bağlı aparılan məhkəmə prosesindəki çıxışının ikinci hissəsini təqdim edir:

Hörmətli Məhkəmə!
    
Mənim üçün ən önəmli olan və səmimi deyirəm ki, xəstə ola-ola bu gün bura gəlməyimin, replika üçün söz istəməyimin tək bircə səbəbi var. Keçən məhkəmə iclasında İlham Məmmədovun emosional çıxışı məni bura gəlməyə vadar edib. O bu gün üçün çox xarakterik bir çıxış idi. Bu çıxış həmin cinayətin törədilməsini, ölkədə baş verənləri xarakterizə edən sanki lakmus kağızı idi. Siz fikir verdinizsə, İlham Məmmədov öz dünyagörüşündə, onun kimilərin bu gün təmsil olunduğu hakimiyyətdəkilərin dünyagörüşünə baxanda özünü haqlı və tam günahsız sayır. Onun davranışlarına görə ilk dəfə mən məhkəmə sədri kimə Sizə etiraz elədim ki, hörmətli məhkəmə, axı bu adam Sizi təhqir edir, Sizə qarşı hörmətsizlik edir, Sizə “sən” deyə müraciət edir. Ancaq Siz ona bunu deməyə imkan yaratdınız. İlham Məmmədovun həmin davranışı və o dəmir barmaqlıqlar arasından çığırması ki, “mən 2003-cü ildən üzü bəri meydanlarda radikal müxalifətin anasın ağlatmışam, həmin o xüsusu vasitələr dediyiniz dəyənəklə müxalifətə divan tutmuşam, mən niyə həbs olunmalıyam”. Bax bu, bu günki real situasiya üçün çox xarakterik çıxış oldu. Bu gün ölkədə İlham Məmmədov kimilər çoxdur və onlar hesab edirlər ki, kimlərinsə vəzifələrində qalması üçün qanunu kobudcasına pozublarsa, dinc nümayişçilərə dünyanın gözü qarşısında divan tuturlarsa, deməli onlar əlahiddə hüquqlara malikdirlər ki, cinayət də törədə bilərlər, kimlərinsə cibinə nəşə də qoya bilərlər, kimlərinsə haqqını yeyə də bilərlər və cəzasız qalmalıdırlar. Ona görə ki, bu adamların bir çoxlarının bu günki hakimiyyətin vətəndaşları ilə davranışında xüsusu rolları var. (Bu zaman məhkəməyə sədrlik edən etirazını bildirir və Aslan İsmayılovun siyasi bəyanatlar səsləndirdiyini deyərək onun çıxışını kəsmək istəyir. Aslan İsmayılovsa təkidlə məhz İlham Məmmədovun çıxışına əsasən həmin fikirləri deməyə məcbur olduğunu bildirərək çıxışına davam edir).
      
Hörmətli məhkəmə, hörmətli kolleqam çıxış elədi və düz də dedi ki, əgər Vüsal Şilder qətlə yetirilməsəydi, baxdığımız cinayət işini heç bilən olmayacaqdı. Bəli, mən də o fikirdəyəm. Niyəsini də deyim. Ona görə ki, bu fikir ölkədə baş verən haqsızlıq və ədalətsizlyin nəticəsidir. Bu gün yüzlərlə, minlərlə belə hadisələr olur və cəzasız qalır. Bu gün bir daha deyirəm, bu aqibətlə üzləşənlərin, təqsirləndirilən şəxslərin də günahkarı yenə də mövcud hakimiyyətin üsul-idarəsidir. Çünki hər bir Azərbaycan vətəndaşı bilsə ki, qanun qarşısında hamı bərabərdir, qanunu pozmaq olmaz, qanunu pozan layiq olduğu cəzanı alacaq, onlar bu addımları atmazlar. Bu gün hakimiyyətin ən yüksək pilləsində təmsil olunan ilham məmmədovlar bilsələr ki, günahsız gəncin cibinə narkotik vasitə qoymaq olmaz, haqqını tələb edəni şərləyib tutdurmaq olmaz, sözünü deyəni polisdə döymək olmaz, rüşvət verməyənin əmlakını əlindən almaq olmaz, hakimiyyətdəkilərə yaltaqlanmayının biznesini çökdürmək olmaz, seçkini qazanmışı kənarda qoyub milyon verəni deputat eləmək olmaz, aktiv vətəndaş mövqeyi olanın yataq otağını çəkmək olmaz yuxarıda diqqətinizi cəlb etdiyim fikirlər də səslənməzdi. Siz bu məhkəmə iclasında gördünüz, İlham Məmmədov dəfələrlə dedi ki, Aslan İsmayılovda mənə qarşı kin-küdurət, nifrət hardandır? Dolayısı ilə dəfələrlə məni təhdid etdi. Hətta açıq dedi ki, “Sənin burada olacağını bilsəm o mitinqlərdə görsəm sən bura gəlməzdin”  

Hörmətli məhkəmə, mən Sizə və zalda oturanlara bildirirəm. Nə İlham Məmmədov, nə onun havadarlarının havadarlarından həyatı boyu çəkinməmişəm və törətdikləri qanunsuzluqları hər birinin üzünə 25 il Azərbaycanda yaşadığım müddətdə demişəm, nə qədər də sağ qalacam, deyəcəm. Amma hörmətli məhkəmə, bir şeyi demək istəyirəm. Bu məhkəmə iclasında biz zərərçəkənlər dəfələrlə təhqir olunduq. Mən özümü qoyuram kənara. Amma bir balasını itirmiş ana burada təhqir olundu. İlham Məmmədovun nə vəkillərindən, nə qohumlarından biri ona bircə dəfə demədi ki, bu cür davranmaq olmaz. Mən Sizi əmin edirəm, əgər İlham Məmmədov belə davranmasaydı, nə mənim bu cür çıxışım olardı, nə zərərçəkənlərin bu cür barışmaz münasibəti olardı. Bəlkə də məhkəmə tamam başqa axarda gedərdi. Məhz hadisələrin bu cür davam etməsi və bunların məni düşmən qisimində görməsi bizim deyil, qarşı tərəfin davranışından qaynaqlandı. Hörmətli məhkəməyə və zalda oturanlara deyirəm bunu, mən əsla heç kimə düşmən deyiləm. İlham Məmmədov mənim üçün sıradan bir vətəndaşdır, onun havadarları ilə də mənim düşmənçilyim yoxdur, çünki mən kiminləsə düşmənçilik aparan deyiləm. Mən bu işə düşmən gözündə baxsaydım, Siz əmin edirəm ki, bu işlə bağlı qaldırmadığım onlarla hallara diqqqəti yönəldərdim. Təkcə bircə məqamı deyim. Yaşar Sumer ifadəsində deyir ki, İlham Məmmədovun qohumu Nərimanov polisində işləyən Azər bu işdə birbaşa iştirakçıdır. Amma mən bir dəfə də onun adını çəkmədim. Ona görə ki, mən cinayət işini oxuyanda başa düşdüm ki, o adamın bu işə heç bir aidiyyatı yoxdur. İkincisi, hörmətli məhkəmə, zərərçəkənlər və bu iş ətrafında işlə tanış olanların hamısı Vüsal Şilderin ölümünün arxasında da İlham Məmmədovun dayandığını zənn edirdi. Amma mən işlə tanış olanda bunun o cür olmadığını görüb fikrimi açıq bildirdim. Dəfələrlə mən burada çıxışımda da dedim ki, bu işin başında dayanan və ən böyük canfəşanlığı edən İlham Məmmədov olsa da Vüsalın ölüm işindən onun xəbəri yoxdur
 Məhkəmə prosesində heç vaxt istəmədim ki, İlham Məmmədov və digər təqsirləndirilənlərlə münasibətləri gərginləşdirəm. Halbuki hər məhkəmə prosesindən sonra onların qohumları bayırda dəfələrlə mənə hədə -qorxu gəldilər. Məhkəmə proseslərinin birindən sonra isə bunlardan birinin bir yaşlı qohumu açıq şəkildə məni təhdid edərək “bunu avtobusun altına salmaq lazımdır” dedi. Amma buna heç əhəmiyyət də vermədim və olayı şişirtmək istəmədim. Bizim ən böyük bəlamız nədir? Mən bu günki işdə və gələcəkdə Vüsal Şilderin ölüm işində də hədə-qorxu və pulla ələ alma ilə işi düzüb-qoşmaq istəyənlərə müraciət etmək istəyirəm. İnanın, bu hadisə nəinki bu zalda oturanlardan hər birinin, hər bir Azərbaycan vətəndaşının başına gələ bilər. Ona görə də sizin hər biriniz üçün hədə-qorxudan qorxmayan, pula satılmayan vəkillər lazımdır. Siz çalışmayın ki, vicdanla vəzifəsini yerinə yetirənlərə hədə-qorxu gələsiniz. Əksinə, çalışın belə vəkillərin sayı çox olsun ki, nə zamansa haqqınız pozulanda ürəklə üz tutacağınız və etibar edəcəyiniz adam tapmaqda çətinlik çəkməyəsiniz. Ona görə ki, bu ölkədə hər bir vətəndaşın vəkilə ehtiyacı var. Ən yüksək kürsüdə əyləşən vəzifəlilərlə üz-üzə gələndə də onlara demişdim ki, qanundan qorxun və onu pozmayın, vəkillərlə də belə aşağılayıcı tonda rəftar etməyin. Sonra həmin şəxsləri mən müdafiə edəndə onların özünə demişdim ki, yadınızdadırmı vəkillərə divan tutduğunuz? Amma məni özlərinə düşmən hesab edənlər də üstümə gəldilər ki, onların müdafiəsini həyata keçirim.
     
Hörmətli məhkəmə!

 istərdim ki, Siz bu iş üzrə təqsirləndirilənlərin şəxsiyyətlərinə və prosesdəki davranışlarına fikir verəsiniz. Mən hakim işləmiş bir adam kimi bir həqiqəti bilirəm ki, cəza təyin edilərkən cinayəti törədən şəxsin cinayət baş verəndən sonrakı davranışına xüsusi fikir vermilməlidir ki, bu adam hadisədən peşman olubmu, cinayət törətdiyini etiraf edirmi? Məhz buna görə ayağını ayağının üstünə qoyub hakimə “sən” deyə müraciət etmələrinə, zərərçəkmişlərə və onların nümayəndəsinə “çıxaram danışarıq” kimi hədə qorxularına fikir verməlisiniz. Cəza təyin olunanda bunlar hökmən nəzərə alınmalıdır ki, bu şəxslər azadlığa çıxandan sonra bir daha həmin “reşotka” arxasına qayıtmasınlar. Sizə səmimi deyirəm, cəzaçəkmə müəssisələrinin islah-əmək müəssisəsi olduğuna heç də inanmıram, amma mən bir şeyə inanıram ki, cinayəti törədib etiraf etməyən hökmən yenidən cinayət törədəcək və yenidən cəzaçəkmə müəssisəsinə qayıdacaq. Hörmətli məhkəmə, Sizdən bir  xahişim də var, Vüsal Şilderi 10 yaşında övladlığa götürüb, ona sahib çıxan bir alman vətəndaşı bu zalda əyləşib. O bir ildən artıqdır ki, bu işin arxasınca gedir. Vüsal Şilderin anasına bu ölkədə bu müddət ərzində tək o dayaq durub. Bu gün də bu cinayətin ifşa olunmasının səbəbkarı heç də hüquq-mühafizə orqanlarının qəhrəmanlığı deyil, məhz Almaniya hakimiyyətinin tələbidir. Məhz Alman hökuməti vətəndaşı olan Vüsal Şilderin müdafiəsinə qalxıb. Bu məhkəmə prosesində və bundan öncəki proseslərdə də nə baş verdiyini gördük. Bu ölkədə balasını itirmiş anaya sahib çıxan hüquq-mühafizə orqanları olmadı, amma bu alman vətəndaşı həm uşağın arxasında oldu, həm anaya dayaq durdu. Bu məhkəmə zalında belə bu ananı təhqir etdilər, buna reaksiya verən olmadı. Yeganə reaksiya verən yenə həmin alman vətəndaşı oldu, o şığıyaraq onlara təpindi ki, kimsə mənim həyat yoldaşımı təhqir edə bilməz. Hörmətli məhkəmə, Sizdən xahiş edirəm ki, bunların hamısına diqqət yetirəsiniz. Çünki həyat çıx qısa və biz bildiyimizdən ədalətlidir. Həyat heç kimin cinayətini və günahını bağışlayan deyil. Mən Sizin şəxsinizdə Azərbaycan hüquq-mühafizə orqanlarının öz vətəndaşının pozulmuş haqqına olan münasibətini görəcəm. Mən bu gün də hansı məhkəmə qərarı olacağını bilmirəm. Amma mənim üçün vacib olan budur ki, bu alman vətəndaşı qarşısında qürurla “Azərbaycan Dövlətinin vətəndaşıyam” deyə biləcəmmi, yoxsa onun qarşısında gözükölgəli olacam ki, bizim ölkədə bir gəncin qətlini hüquq-mühafizə orqanları göz yumurlar? Diqqətinizə görə sağ olun.
Oxşar xəbərlər
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"