“Müsavat Partiyası qurultay keçirmək üçün lazım olan uyğun yerlər üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Son məlumata görə, BŞİH-i müraciətimizə baxır. Hər halda, bizə belə məlumat verilib”.
Bu sözləri Moderator.az-a açıqlamasında sabiq millət vəkili, Müsavat Partiyası Divanının üzvü İkram İsrafil bildirib. Müsavat yetkilisi qurultayla bağlı yer probleminin öz həllini tapacağına ümidvar olduğunu vurğulayıb:
“Partiyamızın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin son iclasında hazırlıq işlərinin tamamən bitdiyini bildirməklə, yer ayrılacağı təqdirdə qurultayımızı keçirməyə tam hazır olduğumuzu bildirmişik.
Yeri gəlmişkən sizin vasitənizlə bri daha Prezident Administrasiyasının şöbə müdiri cənab Əli Həsənova və ədliyyə naziri cənab Fikrət Məmmədova müraciət edir, onları qurultay üçün müvafiq yer ayrılmasına kömək etməyə səsləyirik. Axı bu məsələ eyni zamanda dövlətimizin adını çəkdiyim hər iki strukturunun vəzifəsinə aid bir məsələdir.
Ümid edirəm ki, yer məsələsi həllini tapacaq və biz partiyamızın qurultayını keçirəcəyik”.
Seymur Əliyev