Qulamhüseyn Əlibəyli: “Partiya sədrlərinin işğaldan azad edilən ərazilərə səfərinin təşkili faydalı və əhəmiyyətlidir”
Azərbaycanda siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil ediləcək.
Moderator.az-a açıqlamasında bu yeniliyə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, bu cür səfərlərin mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:
“Təbii ki, jurnalist və diplomatlarla yanaşı, siaysi partiya sədrlərinin də işğaldan azad edilən ərazilərə səfərlərinin təşkili müsbət haldır. Ermənilərin 30 ilə yaxındır ki, bu ərazilərdə böyük talanlar və dağıntılar həyata keçirdiyi məlumdur. Lakin belə səfərlər erməni vəhşiliklərini bilavasitə müşahidə etmək imkanı yaradır. Bu baxımdan, siaysi partiya sədrlərinin işğaldan azad edilən ərazilərə səfərlərinin təşkilini faydalı ehsab edirəm.
Biz bu səfərlər əsnasında şahidi olduğumuz erməni vəhşiliklərinin beynəlxalq ictimai rəyə çatdırılması üçün əlimizdəki bütün imkanlardan istifadə edəcək, çalışacağıq ki, dünya bu vəhşiliklərdən daha çox, daha ətraflı xəbər tutsun. Çünki erməni faşizminin etdiyi əməllərə görə hüquqi müstəvidə də cəzalandırılması baxımından, onların törətdiyi cinayətlərin ifşa edilməsi, dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir”.
Seymur ƏLİYEV