“Doğma dilimizdə qarşılığı olduğu halda yad söz və ifadələri işlətməyək...”
Gündəm
Oxunub: 5171
01 Aug 2020 | 18:23
“Doğma dilimizdə qarşılığı olduğu halda yad söz və ifadələri işlətməyək...”
 
Bu gün – 1 avqust – Azərbaycan Əlifbası və Ana dili günüdür.  Xalqımızın, dövlətimizin bu günü və gələcəyi üçün böyük əhəmiyyət daşıyan belə bir gündə Moderator.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva çağdaş dövrdə Ana dilimizin müxtəlif sahələrdə, o cümlədən media vasitələrində düzgün tətbiqi, onun saflığının qorunması və təkmilləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunub. 

“Məlumdur ki, ümummili lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı fərmana uyğun olaraq  avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü  elan edilib. Və həmin vaxtdan   etibarən biz hər il bu mötəbər günü qeyd edirik. 

Ümumiyyətlə, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin düzgün tətbiqi, təkmilləşdirilməsi və   saflığının qorunmasıyla bağlı  dövlət rəhbərliyi, o cümlədən Prezident İlham Əliyev tərəfindən bir sıra sərəncamlar imzalanıb,  tədbirlər planları hazırlanıb.

Dilimizin bu günkü tətbiqi mənzərəsinə nəzər salanda,  xüsusilə,  Ana dilimizə son onilliklərdə daxil olan alınma sözlərdən yerli-yersiz istifadə məsələsinə toxunmağı vacib sayıram. Bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan dili qədim dildir, zəngin dildir. Düzdür, dilimizin formalaşdığı yüzillər boyu artıq bir sıra ərəb və fars mənşəli sözlər  lüğət tərkibimizə daxil olub. Və bu gün onlar ümumişlək səviyyədə işlənən sözlərdir. Son  dövrlərdə də müstəqil  Azərbaycan Respublikası müxtəlif dövlətlərlə siyasi, iqtisadi,  mədəni, elmi, texniki və s. sahələrdə qarşılıqlı əməkdaşlıq və inkişaf şəraitində yaşayır. Amma bu o demək deyil ki, biz beynəlxalq terminlərlə yanaşı, əməkdaşlıq etdiyimiz digər ölkələrin, xalqların siyasi və yaxud mədəni, elmi, texniki terminlərini öz leksikonumuza daxil etməliyik. Və əlbəttə ki, bu gün rəsmi, bədii,  publisistik üslublardan tutmuş adi məişət üslubuna qədər dilimizi  yad məhfumlardan qorumağı tənzimləyə biləcək xüsusi bir mexanizm qurmaq mürəkkəb məsələdir.  Biz dilçilər belə düşünürük ki, burada eyni zamanda hər kəsdə öz daxilindən gələn bir vətəndaşlıq təəssübkeşliyinə daha çox ehtiyac var. Hər birimiz danışdığımız, yazdığımız  hər kəlməyə, cümləyə diqqət etməliyik ki, doğma Azərbaycan dilimizdə qarşılığı olduğu halda yad söz və ifadələri işlətməyək. Ancaq yenə də dilimizdəki problemləri tənzimləmək üçün bir mərkəzi quruma ehtiyac duyulur. Biz də bir dilçi alim olaraq sevinirik ki,  Prezident İlham Əliyevin  “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli  fərmanıyla   Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb və  düşünürük ki, həmin mərkəzin fəaliyyətə başlaması ilə də  Azərbaycan dilinin düzgün tətbiqi və saflığının qorunmasıyla bağlı bütün  məsələlələr bu mərkəz vasitəsilə idarə olunacaq və həllini tapacaq. 

Mərkəzin fəaliyyətində 3 əsas məsələ nəzərdə tutulub: internet resursları, kütləvi informasiya vasitələri və reklam daşıyıcıları. Amma bildiyiniz kimi,  Milli Məclisin son iclasında belə qərara alınıb ki, ilk növbədə KİV-də  və reklam daşıyıcılarında Azərbaycan dövlət dil normalarının qorunması məsələsi nəzarətdə saxlanılsın. Növbəti illərdə, düşünürük ki, artıq internet məkanında da bu məsələlərin həyata keçirilməsi reallaşacaq”- Monitorinq şöbəsinin müdiri belə deyib.

Dilçilik İnstitutunun professoru Azərbaycan dilinin mediada, xüsusilə internet saytlarında tətbiqi məsələsindən də danışıb. 

“Hazırda KİV, xüsusilə,  aktualdır.  Biz  monitorinqçilər dövlət başçısının 2013-cü il 9 aprel tarixli sərəncamıyla  təsdiq edilmiş  Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı  əsasında  KİV-də monitorinq ilə məşğuluq. Və ötən dövr ərzində bu sahədə çox böyük irəliləyişlər var. İstər internet saytları və qəzetlərdəki dil mənzərəsində, istərsə də telekanallarda aparıcılarımızın nitqində biz bunun şahidiyik. 

Bununla belə hər bir vətəndaş, xüsusilə də aparıcı və jurnalistlərimiz, yazar və yazıçılarımız daha məzuliyyətli olmalıdırlar. Hamı düşünməlidir ki, bizim düzgün nitqə, yazıya sahib olmamağımız  gələcək nəsillər üçün də yaxşı bir ənənə olmayacaq. Yəni  dil normalarına  nə qədər düzgün riayət etmiş olsaq, ata-babalarımızdan bizə miras qalmış bu gözəl dilimizi biz də layiqli formada növbəti nəsillərə ötürmüş olacağıq. Düşünürəm ki, dilimizin həm klassik dövrə xas, həm də çağdaş dövrdə gözəlliyinin qorunması üçün  son dövrlərdə dil normalarının pozulmasıyla bağlı  cərimələrin tətbiqi haqda qanun da  mütərəqqi rol oynayacaq. Onu da vurğulamaq istərdim ki,  həmin cərimələrin tətbiqində məqsəd büdcəyə hansısa bir məbləğin daxil olması  deyil. Əksinə, hesab edirik ki, bu mexanizm də tez bir zamanda dilimizin saflığının qorunması sahəsində arzu etdiyimiz məsələlərin reallaşmasına töhfə verəcək.  O cümlədən KİV, telekanal və internet saytlarında da...

Yeri gəlmişkən,  onu da vurğulamaq istəyirəm ki, bizim ən çox monitorinqə cəlb etdiyimiz saytlardan biri də Moderator.az-dır. Səmimi deyim ki, demək olar,  gündəlik bütün əsas informasiyaları sizin sayt vasitəsilə alıram. Və çox qürur və fəxrlə  deyə bilərəm ki, həmin saytın məsuliyyətli əməkdaşları doğma Azərbaycan dilimizi nəinki qoruyur, həm də  kifayət qədər optimal formada onun düzgün işlənməsinin təbliğiylə məşğuldurlar. Hiss olunur ki,  bu saytın yazar və müxbirləri hər hansı bir mövzu və ya informasiyanı Ana dilimizdə hansı söz və ifadələrlə daha gözəl, daha ürəyəyatımlı  çatdırmaq mümkündürsə, onlardan istifadə edirlər. Əlbəttə, bu həm də sayt rəhbərindən, onun işçilər qarşısında qoyduğu ciddi tələbkarlıqdan asılıdır.  Amma burada  ilk növbədə əməkdaşın özünün vətəndaşlıq  və milli təəssübkeşliyindən, peşə məsuliyyəti böyük rol oynayır. 

Barmaqla sayılası bir neçə sayt arasında məhz Moderator.az  internet məkanında Azərbaycan dilinin mümkün qədər leksik və qrammatik normalara uyğun işlənməsinə cəhd göstərməklə bir növ mediada Ana dilinin cilalanmasına çalışır. Odur ki,  dilçi alimlərimiz adından Moderator.az  saytına minnətdarlıq edir, Azərbaycan xalqı, vətəndaşları, dövləti, bütün digər media mənsublarıyla bərabər  bu saytın rəhbərliyi və əməkdaşlarını da Qurban bayramı ilə yanaşı, Azərbaycan Əlifbası və Dili günü münasibəti ilə də ürəkdən təbrik edir, yeni yaradıcılıq və peşə uğurları diləyirəm... Və düşünürəm ki, Ana dilimizə qarşı bu sevgi daim olacaq onun düzgün tətbiqiylə, saflığı və gözəlliyi ilə fəxr edəcək, qürur duyacağıq...”- deyə dilçi alim açıqlamasını nikbin notlarla bitirib.  

Sultan Laçın

Oxşar xəbərlər
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 14:58
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
18 May 2024 | 14:52
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ