Sabiq Azərbaycan naziri ABŞ-dakı pandemiya dönəmini şərh etdi - Mayamidən...
Oxunub: 8456
07 Apr 2020 | 10:26
Sabiq Azərbaycan naziri ABŞ-dakı pandemiya dönəmini şərh etdi - Mayamidən...
Hazırda Amerikanın Mayami şəhərində yaşayan keçmiş Xarici İqtisadi Əlaqələr naziri Qüdrət Quliyev Moderator.az əməkdaşının xahişi ilə bu ölkədə koronavirusla bağlı son vəziyyəti  şərh edib.

“Birləşmiş Ştatlar və pandemiya bir miqrantın gözü ilə...”

"Hər biri 5 dollardan iki banka əncir mürəbbəsi aldım, evdə “Azərçay”ın qara çayını dəmləyib keyfinə baxdım, Bakıdakı bağ həyətində bitən bol məhsullu əncir ağaclarını xatırlayıb məyus da oldum..."

“Reuters” Agentliyinin verdiyi məlumata görə ABŞ-da koronavirus epidemiyasının səngiməyə başladığı, deyəsən hiss olunmağa başlayıb, virusa yoluxanların və xəstəlikdən ölənlərin sayı get-gedə azalmaq üzrədir. Amma bununla belə, bütün ölkə üzrə(ABŞ əhalisi təxm. 330 milyon nəfərdir-S.L.) artıq 350 000 nəfərin infeksiyaya uğradığı (əhalinin 0. 1%) və onlardan 10 000-dən çoxunun dünyasını dəyişdiyi bildirilir.

Pandemiyaya Qarşı Dövlət Komitəsinə şəxsən ABŞ Prezidenti Donald Tramp özü rəhbərlik edir və hər gün KİV nümayəndələri qarşısına çıxaraq federal hökumətin və yerlərdə qubernatorların gördüyü işlər haqqında millətə məlumat verir, jurnalistlərin çoxsaylı suallarını cavablandırır.

Aprelin 6-dan başlayaraq əhaliyə dövlət tərəfindən karantin dövrü (hər ay) üçün ayrılmış 2 trilyon 200 milyard həcmində I yardım paketinin paylaşdırılmasına başlandı. Yardımdan kənarda kimsənin qalmaması üçün keçən müddət ərzində ölkə üzrə elektron siyahıya alma həyata keçirildi, ailələr, nüfus haqqında ətraflı məlumat toplandı.

Dövlət yardımı proqramı Amerika əhalisinin bütün təbəqələrini istisna edilmədən əhatə edir. Adambaşına 1200 dollar, uşaqlara 600 dollar olmaqla müəyyən edilmiş yardımlar ya bank çekləri ilə yardım alanların poçt ünvanlarına, ya da birbaşa bank hesablarına oturdulacaqdır. Sosial sığortası olan miqrantlar (mühacirlər) və onların ailə üzvləri də yardım ala biləcəklər.

Bundan əlavə, hökumət iqtisadiyyatın şah damarı sayılan kiçik və orta sahibkarlara yardım proqramını da həyata keçirməyə başlayır. Dövlət fondundan kiçik və orta sahibkarlara 5000 dollardan başlayaraq qeyd-şərtsiz və faizsiz kreditlər verilməsi və vəziyyət normallaşana kimi onların kirayə haqqı və sosial ödəmələrdən azad edilməsi nəzərdə tutulur. Pandemiya dövrü üçün bank kreditləri üzrə faizlərin ödənilməsi və vergi ödənişlərinə tətil elan edilir.

Böyük hava və dəmir yolu nəqliyyatı və başqa şirkətlər də müflisləşməmək üçün müvafiq dövlət yardımı alacaqlar. Bu səbəbdən (misal üçün) Vaşinqtondan Los-Ancelesə və ya Mayamiyə hətta  iki və ya üç sərnişinlə uçan təyyarə şirkətləri öz fəaliyyətlərini dayandırmırlar.

“Biz müharibə şəraitindəyik” deyən Prezident Trampın hökumət komandası doğrudan da fasiləsiz olaraq çalışır və mütəmadi olaraq gün ərzində bir neçə dəfə ölkədə pandemiyanın vəziyyəti və görülən tədbirlər haqqında əhalini və KİV-i məlumatlandırır. Dünyanın super dövlətinin başçısı saatlarla ayaq üstə duraraq əhalisinə və seçicilərinə gördüyü işlər haqda hesabat verir və Amerikalıları narahat olmamağa, dövlətinə güvənməyə çağırır...

Birləşmiş Ştatlar fövqəladə vəziyyətə sinə gərmək üçün kifayət qədər zəngin və güclü bir dövlətdir. Amerikanı güclü edən onun qanunları və bu qanunlar qarşısında adi vətəndaşdan tutmuş prezidentə kimi hamının müsəlləh olmasıdır. 

Prezident Tramp deyir: “Amerika milləti bilməlidir ki, biz onun üçün əlimizdən gələn hər şeyi edirik və edəcəyik. Heç kim heç nədən, o cümlədən pul sarıdan narahat olmasın, nə qədər tələb olunsa, o qədər xalqa pul yardımı ediləcəkdir.”

Kütləvi ticarət mərkəzləri, müəssisələr qapadılsa da, dövlət və səhiyyə təşkilatları 24 saat dayanmadan çalışırlar. Səhiyyə işçilərini Nyu-Yorkda və başqa böyük şəhərlərdə alqışlarla qarşılamaq, müşayiət etmək, şərəf vermək qayda halını alıbdır...

Ərzaq təhlükəsizliyi ölkədə bir nömrəli məsələdir. İlk günlərdə panikaya uymuş əhali marketlərdə ajiotaj yaratmışdısa da, indi bu vəziyyət aradan qaldırılıbdır və ərzaq ticarəti normal davam edir, marketlərdə artıq əvvəlki izdiham və sıxlıq yoxdur, ürəyin istəyən hər şeyi rahatca ala bilərsən...

Doğrudur, buradakı qiymətləri (əhalinin gəlirləri kimi) Azərbaycandakı qiymətlərlə müqayisə etmək doğru olmazdı. Burada adi fəhlə Azərbaycan müəlliminin və ya qulluqçusunun bir aylıq əmək haqqını bir gündə qazana bilir. Və bir saatlıq gəlirləri 15 dollardan (26 AZN) az olmayan, ayda 2500 dollardan üzü yuxarı əmək haqqı alan, fövqəladə vəziyyət şəraitində dövlətdən adambaşına 1200 dollar (2040 AZN) yardım alan əhali üçün 1-3 dollara bir ədəd çörək, 15-20 dollara (25-34 AZN) bir kilo ət, və ya 1-2 dollara (1.7-3.4 AZN) bir kilo kartof almaq problem deyildir.
Əsas məsələ də odur ki, əhalinin alış-veriş mərkəzlərində möhtəkirlik yoxdur, satış qiymətləri daima stabildir və süni şəkildə kimsə qiymətləri qaldırmağa cürət edə bilməz.

Mayamidə (başqa iri şəhərlərdə olduğu kimi) “Rus Dükanları” deyilən ticarət mərkəzləri vardır. Bu dükanlar əsasən keçmiş SSRİ-dən olan rusdilli miqrantların sevimli alış-veriş yerləridir. Həmin mərkəzlərdə istədiyin göy-göyərti, meyvələr, ədviyyələr, mürəbbələr, qəlyanaltılar, hətta məşhur Bolqar brınza pendiri, lavaş, Belorus və Ukrayna buğda və çovdar çörəkləri almaq mümkündür.

Azərbaycandan “Azqranat” şirkətinin Birləşmiş Ştatlara ixrac etdiyi mürəbbələr və meyvə şirələri burada populyardır. Keçən dəfə hər biri 5 dollardan iki banka əncir mürəbbəsini aldım, evdə “Azərçay”ın qara çayını dəmləyib keyfinə baxdım, Bakıdakı bağ həyətində bitən bol məhsullu əncir ağaclarını xatırlayıb məyus da oldum...

Millət qarşısında bugünkü çıxışında Prezident Tramp söylədi ki, qısa zaman ərzində dövlət epidemiyanı tam aradan qaldıracaqdır və bunun üçün artıq müvafiq dərmanların (peyvəndlərin) sınağı aparılır.

Epidemiya ilə bağlı hər şeyi yaşıl rəngdə təsvir etmək də doğru olmazdı. Yaranmış fövqəladə vəziyyətlə bağlı “General Elektriks”, “Microsoft”, “Tesla” kimi nəhəng şirkətlər artıq tələb olunan tibb avadanlıqlarının və ləvazimatlarının istehsalına keçsələr də, KİV-lər onların çatışmazlığı haqqında xəbərlər yaymaqdadırlar.

Epidemiyanın qaynar nöqtəsi olan Nyu-Yorkda tibb işçiləri sanitar maskaların çatışmazlığından şikayətlənirlər.

Əhali dükanlarda və əczaxanalarda bu maskaları və əl-üz üçün sanitar mayeləri tapıb-almaqda çətinlik çəkir. Səhiyyənin pullu və bahalı olması sığortası olmayan aztəminatlı əhali üçün, xüsusilə də xarici miqrantlar üçün müəyyən problemlər yaradır.

Bütövlükdə isə Birləşmiş Ştatlar vətəndaşının rifahı naminə çalışmaqda dünya dövlətlərinə nümunə ola biləcək qüdrətli bir dövlətdir. Amerika Birləşmiş Ştatlarının bir qüdrətli cəhəti də ondadır ki, vətəndaşı dövlətin onu heç vaxt darda qoymayacağına əmindir. Burada “Amerika Arzusu” adi xülya deyildir, hər bir bacarıqlı insanın, hətta yenicə gəlmiş mühacirin əldə edə biləcəyi real hədəfdir.
Birləşmiş Ştatlarda miqrant həyatı sürən, amma ürəyi daima Azərbaycanla vuran

Qüdrət Qulu.

Mayami. ABŞ. 6 mart, 2020-ci il…”

Təqdim etdi: Sultan Laçın

Oxşar xəbərlər
21:13, Bu gün
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
GÜNLÜK
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...