Din və media: Allahdan sözə, sözdən Allaha uzanan yol!
Gündəm
Oxunub: 3606
13 Jul 2019 | 10:05
Din və media: Allahdan sözə, sözdən Allaha uzanan yol!

Dinin bütün cəmiyyətlərin həyatında mühüm rol oynadığı, yalnız fərdi deyil, ictimai münasibətləri də önəmli dərəcədə tənzimlədiyi kimsəyə sirr deyil. Lakin bu da sirr deyil ki, dinin insanlara necə, hansı şəkildə təqdim edilməsi, onun elmi izahının hansı mükəmməllliklə çatdırılması da xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Çünki dinin yanlış formada təqdimatı nəinki əsl həqiqətin təhrifinə yol açır, həm də bu, cəmiyyətdə ciddi qarşıdurma və gərginliyə, terror və münaqişələrə rəvac verə bilir. Bu baxımdan din-media münasibətlərinin düzgün tənzimlənməsi olduqca vacibdir.

 

Yaradanın həyat və ölüm silahı sözdür!

 

Öncə onu qeyd edək ki, bəşəriyyətin yaradılışı üçün vasitə olan söz, onun önəmi Allah tərəfindən də yüksək qiymətləndirilməkdədir və bu münasibətə bütün səmavi dinlərdə rast gəlmək mümkündür.  Allahın sözə hansı səviyyədə dəyər verdiyini, sözün yaradan üçün nə demək olduğunu anlamaq üçün Qurani-Kərimdəki bəzi ayələrə nəzər salmaq kifayətdir. Qurani-Kərimin Ənam Əl-Ənam surəsinin 73-cü ayəsində deyilir: “Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!”– dediyi gün (hər şey) olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm (yalnız) Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, (hər şeydən) Xəbərdardır.

Yasin surəsinin 82-ci ayəsində isə bildirilir: “Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar”.

İslam dinin ən böyük simalarından biri olan Həzrəti Əli isə Allahın sözə olan münasibəti haqqında deyib:  “Allahın yaratdığı ilk şey qələmdir. Sonra ona əmr verdi və qələm yaranmalı olan hər bir şeyi yazdı”.

Sadəcə, bu faktlar sözün Allahın silahı olduğunu, uca yaradanın bütün istək və əmrlərini söz vasitəsi ilə gerçəkləşdirdiyini göstərir. Əslində Allahın sözə olan münasibəti sözün ucalıq sirrinin bəlkə də ən mükəmməl izahı sayıla bilər. Bu isə o deməkdir ki, din və media bütövlükdə bir həqiqətin fərqli müstəvilərdə təzahürü hesab edilməlidir.

Müşfiq Ələsgərli: “Problem dinlə yox, dindən sui-istifadə halları ilə bağlıdır”

 

Azərbaycanda media-din münasibətləri, bu münasibətlərin düzgün əsaslar üzərində formalaşması da ölkəmizdə daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti  Müşfiq Ələsgərli hesab edir ki, medianın bu məsələyə ikiqat diqqət və həssaslıqla yanaşmasına ehtiyac var:

“Dini məsələlərlə bağlı informasiyaların hazırlanması mediada həsaslıqla yanaşılması gərəkən  xüsusi bir məsələdir. Bu, elə bir məsələdir ki, həm jurnalistlərin etik kodeksində, həm də KİV haqqında qanunvericilikdə xüsusi olaraq nəzərə alınıb.

Jurnalistlərin peşə-davranış qaydalarının üçüncü bəndində göstərilir ki, jurnalist yazı hazırlayarkən insanların dini, milli, irqi və s. mənsubiyyətlərinə həssaslıqla yanaşmalıdır. Yəni dini inanc məsələsinə həsaslıqla yanaşmaq bu qaydalarda öz əksini tapıb.

Əslində bu gün dini inanclarla bağlı bir problem yoxdur. Tarix boyu Azərbaycanda dini inanclı insanlar öz ibadətlərini azad şəkildə həyata keçirib. Azərbaycan Respublikasının konstitusiyasında “vicdan azadlığı” məfhumu yer alıb ki, bunun da içində dini inanclara hörmət amili də öz əksini tapır. Problem dini inanc və dini məsələlərdən sui-istifadə etmək, dini siyasiəlşdirmək cəhdlərindədir. Əslində dindən siaysi məqsədlər üçün istifadə edilməməlidir. Çox təəssüf ki, bununla bağlı hazırda dünyamızda ciddi problemlər mövcuddur. Kimlərsə dindən siyasi məqsədlər üçün istifadə edir, kimlərsə din amilindən istifadə edib ayrı-ayrı ölkələrdə təxribatlar törədir və s. Bu gün Avropada və bəzi ölkələrdə islamafobiya hiss olunur. Yəni fərqinə varmadan insanların dini inanclarına görə diskriminasiya edilməsi halları mövcuddur.

Bu gün düşünülmüş şəkildə islamı gətirib terrorla eyniləşdirməyə cəhd göstərilir ki, bu da yanlışdır”.

 

“Pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”

 

M.Ələsgərli hesab edir ki, medianın din məsələsində pozitiv nümunələrə daha çox yer verməsi, nəticələrin də pozitiv olmasını şərtləndirir:

“Çox təəssüf ki, bəzən jurnalistlər və media qurumları ya bilərəkdən, ya da bilməyərəkdən  islamafobiya yaradan, dini məsələlərdən siyasi məqsədlər üçün istifadə edən qüvvələrin əlində alətə çevrilir, onlara xidmət edirlər. Bəzən isə özlərindən asılı olmayaraq, bu cür proseslərin təsiri altına düşürlər.

Din insanlar arasındakı münasibətləri tənzimləyən əsas vasitəlrədən biridir. Burada çox gözəl, bəşəriyyətə fayda verəcək nüanslar mövcuddur. Din amili yalnız neqativ və terrorla bağlı olaylardan ibarət deyil ki? Dini ibadətlə məşğul olub cəmiyyət üçün hədsiz faydalı olan insanlar mövcuddur. Bununla bağlı informasiyalara daha çox diqqət yetirməyə ehtiyac var. Çalışmaq lazımdır ki, bu informasiyalar hesabına insanlar dini dzgün dərk edib cəmiyyət üçün faydalı olsunlar. Çox təəssüf ki, bu gün biz pozitiv informasiyaalrı çox da görmürük. Daha çox neqativ informaqsiyalar yer alır. Bunların bir qismi bilərəkdən, bir qismi isə bilməyərkdən meydana çıxır.

Jrunalistlər etik kodeksin şərtlərinə ciddi əməl etməli, dini məsələlərlə bağlı informasiya və reportajlar hazırlayarkən həssas davranmalıdırlar. Onlar bu amildən sui-istifadə edən qüvvələrin əlində alətə çevrilməməlidirlər”.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: Marifləndirici və nəzarətedici mərkəz...

 

Dini qurumların fəaliyyətinin həm ölkə qanunlarına uyğun şəkildə həyata keçirilməsində, həm də media və müxtəlif tədbirlər vasitəsi ilə dini təbliğatın düzgün aparılmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mühüm rol oynayır. Xüsusilə də radikal dini cərəyanlara, ideya və çağırışlara qarşı mübarizədə ciddi fəallıq sərgiləyən sözügedən qurum Bakıda və bölgələrdə bu yöndə çoxaylı tədbirlər həyata keçirməkdədir. Hansı ki, bu tədbirlərdə radikal dini cərəyan və məzhəblərin həm dinə, həm də qanunvericiliyə zidd olması, bunun cəmiyyətə, insanların həyatına zülm və zorakılıqdan başqa heç nə gətirmədiyi konkret faktlar əsasında diqqətə çatdırılır.

“Dini radikalizm milli-mənəvi dəyərlərə və milli kimliyimizə təhdiddir” mövzusunda keçirilən bu tədbirlərdə məruzəçi qismində görkəmli din xadimləri, elm adamaları iştirak edir ki, bu da həmin tədbirlərin daha dolğun və səmərəli keçməsini təmin edir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən  Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF)  bu yöndəki fəaliyyəti də təqdirəlayiqdir.

Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, MDTF-nun digər mənəvi dəyərlər kimi dini dəyərlərin təbliğində də önəmi böyükdür:

“MDTF də adından göründüyü kimi, mənəvi dəyərlərin təbliği ilə məşğuldur.

Tariximiz, mədəniyyətimiz, mənəviyyat prinsiplərimiz, insani münasibətlər, dini inancımız və s. kimi dəyərlərimizin təbliği və s. baxımından MDTF-nun yaradılması bir başlanğıcdır. Gələcəkdə mənəvi dəyərlərimizin təbliği istiqamətində yeni və daha əhatəli layihələrin gerçəkləşdirilməsi tamamilə gözləniləndir.

Bu qurumun yaradılmasından bu günə qədər keçən müddət göstərdi ki, MDTF bürokratik, formal təşkilat olmadı. Bu qurum birbaşa cəmiyyətlə işləyir. Milli mənəvi və dini dəyərləri qorunub saxlanılmasına, inkişafına dəstək verir.

Bu baxımdan fondun fəaliyyətini, onun həyata keçirdiyi layihələri alqışlayıram və bunu odluqca faydalı hesab edirəm”

 

 

Millət vəkili: “Medianın dini məsələlərlə bağlı peşəkarlığı xüsusilə önəmlidir”

 

Dünya təcrübəsinin təhlili göstərir ki, medianın həyata keçridiyi düzgün dini təbliğat siyasəti cəmiyyətdə sadəcə gərginliyi azaltmır, həm də onu ciddi təlatümlərdən xilas edir. Bu isə mahiyyət etibari ilə dini zəmində baş verəcək toqquşmalara qurban gedəcək, bu qarşdırmalardan zərər görəcək minlərlə insanın xilası deməkdir. Başqa sözlə desək, medianın dini məsələlərə düzgün yanaşması, öz maarifçilik funksiyasını düzgün yerinə yetirməsi ölkə daxilində sülhün və sabitliyin bərqərar olmasına təkan verir. Ancaq bununla belə, bəzi ziyalılar hesab edir ki, media bu məsələdə öz peşəkarlığını daha da artırmalı, öz fəaliyyətini daha effektiv hala gətirməlidir. Millət vəkili Fazil Mustafa da medianın dini məsələlərlə bağlı peşəkarlığını artırmasının zəruriliyi qənaətindədir:

“Burada önəmli olan medianın peşəkarlığıdır. Peşəkar olmayan medianın bu problemi gündəmə gətirməsi asan məsələ deyil. Ona görə də öncə medianın peşəkarlığı ilə bağlı məsələ öz həllini tapmalıdır. Bu mövzuda savadlı insanlar yazmalıdır.

Ikincisi, bəzi hallarda mediada xurafatı dəstəkləyən yazlılar yer alır. Onların bir qismi sırf savadsızlıqdan, digəri isə kimlərəsə dəstək məqsədindən qaynaqlanır. Biz dəfələrlə bu cür hallarla rastlaşmışıq. Bu, olduqca yanlış yanaşmadır və cəmiyyətə də yaxşı heç nə vermir. Bu cür yazılar xurafatın daha da yayılmasına yol açır. Buna görə də problemin həlli üçün bu sahədə yazanların peşəkarlığının artırılması, onların daha da ixtisaslaşması vacibdir”.

 

Söz azadlığı ilə günah və qanun pozuntusu arasındakı “Tolstoy səddi”

 

Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyevin dönəmindən etibarən ölkəmizdə söz azadlığının təmin edilməsi və genişlənməsi istqiamətində ciddi addımlar atılmaqdadır. Bəlli bir müddətdir ki, ölkədə diffamasiya haqqında qanuna hazırlıq gedir ki, bu qanunun qəbulunun söz azadlığına daha böyük töhfə verəcəyi gözlənilir. Lakin unutmaq olmaz ki, söz azadlığı və bu azadlığın hüquqda təsdiqlənən statusu media əməkdaşlarını müəllifi olduqları fikrə görə mənəvi və hüquqi məsuliyyətdən azad etmir. Başqa sözlə desək, hansısa jurnalist və ya media orqanının söz azadlığını məsuliyyətsizlik kimi dərk etməsi, dini mövzu və məsələləri dinin və qanunun təməl prinsiplərinə zidd şəkildə şərh etməsi yanlışdır. Çünki məsələyə bu cür yanaşma, sadəcə dinə və Allaha deyil, həm də müqəddəs söz sənətinə xəyanət deməkdir.

Əslində söz azadlığı ilə sözə, ictimai maraqlara xəyanət arasında incə və aydın bir sədd mövcuddur. Hansı ki, bu səddi “Tolstoy” səddi də adlandırmaq olar. Çünki məhz məşhur rus yazıçısı Tolstoy bu incə səddi qısa və anlamlı ifadə ilə heyrətamiz dəqqiliklə təsvir edərək deyir: “Yer üzünün-ən ağır günahı – sözlə zinalıq etməkdir!”

Bəli, söz azadlığı bu azadlıqdan sui-istifadə olunduğu elə ilk cəhddə ciddi qanun pozuntusuna, ağır məsuliyyətə, mənəvi suça çevrilir. Bu, Tolstoy dünyasına görə, yer üzünün ən ağır, ən böyük günahıdır. Odur ki, hər bir media əməkdaşı söz azadlığı məsələsində diqqətli olmalı, bu azadlığın özünün də qalan bütün azadlıqlar kimi bəlli bir sərhədə malik olduğunu unutmamalıdır. Unutmamalıdır ki, bütün günahlar və qanun pozuntuları kimi sözlə zinalıq da bumeranq effektinə malikdir və gec-tez hökmən öz sahibinə geri dönür. Həm də bütün şiddət və əzəməti ilə...

 

Seymur ƏLİYEV

 

Məqalə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda keçirdiyi birgə müsabiqəsinə təqdim olunur.

 

Oxşar xəbərlər
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
GÜNLÜK
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR