“KTMT-ə üzv olsaq, qoşulmama hərəkatından çıxmalıyıq”
4988
16 Aug 2018 | 23:38

“KTMT-ə üzv olsaq, qoşulmama hərəkatından çıxmalıyıq”

Bu günlərdə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü məsələsi yenidən ictimai müzakirəyə çıxarılıb.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bu quruma üzvlüyün ölkəmiz üçün hər hansı perspektiv vəd etmədiyini vurğuladı:

“Onda belə çıxır ki, biz Avrasiya İttifaqına da daxil olmalıyıq. Bu məntiqlə nəinki razılaşmaq, hətta başa düşmək belə mümkün deyil.

Biz KTMT-ə daxil olsaq, o zaman bəzi şərt və öhdəlikləri də yerinə yetirməli olacayıq. Birgə təlimlərdə iştirak, vahid təhlükəsizlik və s. kimi məsələlər var. Ermənistanla vahid hərbi təhlükəsizlik konsepsiyasını necə qura bilərik – mən bunu təsəvvür belə edə bilmirəm.

2011-ci ildən etibarən Azərbaycan qoşulmama hərəkatına üzv olub. Bu hərəkatın əsas prinsiplərindən biri hərbi-siyasi bloklarda iştirak etməməkdir. Biz KTMT-ə üzv olsaq, gərək bu hərəkatdan çıxaq. 2010-cu ildə Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlıqla bağlı saziş imzaladı. Azərbaycan Türkiyə ilə sıx hərbi əməkdaşlıq münasibətləri qurur. KTMT-ə üzv olsaq, onda gərək bu sənədi də denonsasiya edək.

Əgər işğaldakı torpaqlarımız azad edilsəydi, bəlkə də bu barədə nə isə fikirləşmək olardı. Indiki situsiyda isə belə bir addımı məqsədəuyğun hesab etmirəm”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər