“Topaz”da udulan pul halal deyil... – Cümə bəhsləri...
Oxunub: 7437
20 Jul 2018 | 11:20
“Topaz”da udulan pul halal deyil... 
 – Cümə bəhsləri...

Hələ sovet dövründən bəri müsəlman ölkəsi sayılan Azərbaycanda da lotereya, futbol mərcləri(“Sportloto”) kimi uduşlu oyunlar dövlət səviyyəsində təşkil edilirdi. Lakin o zaman biz dini, milli dəyərlərimizdən xeyli dərəcədə uzaqlaşmışdıq. Lakin 1985-ci ildən başlayan “yenidənqurma” illərindən və xüsusən hüquqi müstəqilliyimizi bərpa etdiyimiz 1991-ci ildən bəri milli-mənəvi dəyərlərimiz  və dinimizin unudulmuş bir sıra atributlarını öyrənməyə başlamışıq. Bütün qadağalara rəğmən  sovet dövründə belə, uşaqdan-böyüyə əksəriyyət “Bissimillah” deməyi, Allaha, Qurana and içməyi tərgitməmişdi. 1991-ci ildən bəri dövlət başçılarımız da Qurana əl basaraq ölkə, dövlət və vətəndaşlar qarşısındakı vəzifələrinin icrası üçün əlindən gələni etməyə and içməyə başladı.  Lakin Qərbdən gələn “demokratiya” deyilən və İslamın yanında qara qəpik qədər qiyməti olmayan  mənfi, yoxsa müsbət olduğu anlaşılmayan cərəyan və içimizdən gələn tamah, var-dövlət, vəzifə hərisliyi sözlərimizlə əməllərimiz, əmllərimizlə dinimiz - İslamın, Qurani-Kərimin tələbləri arasında ziddiyyət yaranmasına səbəb oldu...  



Məlum olduğu kimi, Allah Quranda şərab, donuz əti, Onun adı çəkilmədən kəsilmiş heyvan əti kimi içki və qidaları, qumar, zina və sələm kimi əməlləri haram buyurur. Lakin digər tərəfdən bir neçə ayədə vurğulanır ki, dində məcburiyyət yoxdur, sadəcə, hər kəs Qiyamət günü Yaradan qarşısında etdiyi hər bir haram əməlin hesabını verəcək. Azərbaycanda dünyəvi dövlət hökm sürdüyü üçün adı çəkilən 5 haram əməl və qidaya rəsmi qadağa qoyulmadığından onlar kütləvi şəkildə yayılıb. Lakin İslamda hər bir müsəlmanın qarşısında nəhy-əz münkər(pis əməldən çəkindirmək) və əmr be-məruf (yaxşı əmələ dəvət) deyilən vacib vəzifələr qoyulur ki, bunlara da hər bir özünü müsəlman hesab edən şəxs, xüsusən dini xadimlər, din alimləri, eləcə də Şeyxülsilam Allahşükür Paşazadə başda olmaqla Qafqaz Müsəlmanları İdarəsi rəhbərliyi və bu qurumun yerlərdəki nümayəndələri əməl etməlidir. Bu baxımdan bəndəniz də daim  şərab, narkotik, haram qidalar kimi, mərc oyunlarına, o cümlədən “Topaz” a qurşanmış gəncləri bu əməllərdən çəkinməyə dəvət etməyi özünə borc bilir... 
İştirak edənlərin ortaya müəyyən miqdarda pul və yaxud qiymətli bir şey qoyub axırda qalib gələnin ona yiyələnməsi ilə nəticələnən hər növ oyun (adı nə olursa olsun) qumardır. Deməli, haramdır.
Hələ 2015-ci ildə  oxucuların““Topaz” oyunlarını oynamaq haramdırmı? Haramdırsa niyə?” sualına İslam.az saytı belə cavab vermişdi:
““Topaz”oyunlarına qatılmaq haramdır. Çünki “Topaz” şəbəkəsi öz qaydaları baxımından “azartlı”, uduş həvəsli qumar oyunları sinfinə aiddir. İslamda isə dediyimiz kimi, qumar oynamaq böyük günah sayılır.
Mərhum eks-prezident Heydər Əliyev 1999-cu ildə verdiyi çox vacib fərmanla ölkədə, xüsusən Bakıda fəaliyyət göstərən kazinoların rəsmən ləğv etdirdi. Bundan sonra illərlə küçələrdə, kafe və çayxanalarda  pullu loto oyunları keçirilməyə başladı. Bunun da kökü kəsildi. Təəssüf ki, bəzi işbazlar gizli şəkildə qanunsuz qumarxanalar, totalizatorlar təşkil etmək də davam edirlər. Yaxşı ki, hüquq-mühafizə orqanları vaxtaşırı belə haram bazalarını ifşa edir... 
Digər tərəfdən 2011-ci ildən “Topaz” kimi  qanuni mərc oyunlarına, totalizatorlara rəsmən meydan verildi.
Bilindiyi kimi, “Topaz” oyunlarında insanlar gələcək futbol oyunlarının nəticələri barədə proqnoz verərək, buna müəyyən miqdarda pul qoyurlar. Həmin proqnozun doğru ya səhv çıxmasından asılı olaraq, ya qoyduqları puldan artıq pul udur, ya da uduzurlar. Bu, klassik qumar ssenarisidir. Şansa bağlı olan, hələ nəticəsi bilinməyən bir hadisəyə proqnoz verərək pul yatırmaq və həmin hadisənin nəticəsindən asılı olaraq udub-uduzmaq qumarın əsas xüsusiyyətidir.
Neçə illərdir ki, “Topaz” şəbəkəsi bu yolla minlərlə adamın pul vəsaitini mənimsəyir. Bu kimi oyunlara qatılaraq həm udmaq, həm də uduzmaq günahdır. Uduzan haram yolla öz əmlakını tələf etmiş olur. Udan isə haram vəsait qazanmış olur”. 
Digər bir məsələ də ondan ibarətdir ki, həm lotereyada, həm də futbol mərclərində udulan pullarda yüzlərlə, minlərlə, bəzən milyonlarla insanın gözü, nəfsi qalır. Bu baxımdan da belə qazancların haramlığı aydınlaşır... 
Onu  da xatırladaq ki, müsəlman-türk dünyasını tamamilə məhv etmək niyyəti güdən super güclərin silahlarından biri də məhz Allahın Quranda və digər səmavi kitablarda haram buyurduğu qida və əməlləri yaymaqdır. Hələ XVIII əsrin əvvəllərində Böyük Britaniya Krallığı Müstəmləkələr Nazirliyinin İslamı, xüsusən Osmanlı dövlətini məhv etmək  məqsədi ilə tərtib etdiyi  1000 səhifəlik yüzillik planın İslamın güclü tərəflərini zəiflətmək üçün nəzərdə tutulan hissəsinin 2 –ci maddəsində deyilirdi:
“Müsəlman ölkələrində aşağıdakı 4 nəsnəni gizli və açıq şəkildə yaymaq lazımdr: 
1.Spirtli içkilər; 
2.Azartlı(qumar) oyunlar;
3. Zinakarlıq, fahişəlik; 
4.Donuz əti. 
Bunları həyata keçirmək üçün xristian, yəhudi dinlərinin və digər millətlərin həmin ölkələrdə yaşayan nümayəndələrindən maksimal dərəcədə istifadə etmək gərəkdir. Və bu istiqamətdə çalşanların səxavətlə mükafatlandırılması üçün nazirliyin büdcəsindən pul ayrılmalıdır”.
Eyni məqsədlə hazırlanmış digər  50 səhifləlik planın 7-ci maddəsində isə belə yazılır:
“Əxlaqsızlıq, homoseksualizm, spirtli içkilər və azart oyunlar vasitəsi ilə müsəlmanlar arasında ixtilaf toxumları səpərək onları parçalamaq. Bunun üçün həmin ölkələrdə yaşayan qeyri-müsəlmanlardan istifadə ediləcək....”
Gizli oynanılan qumar oyunları kimi, futbol mərcləri də illərdir ki,  neçə-neçə insanın həyatını məhv edir. Yeniyetmələrin valideynləri aldatmasına, öz evlərindən, yaxud özgə evlərindən oğurluq etməsinə, hətta orta yaşlı ailə sahiblərinin intiharına  və s. gətirib  çıxarır. Odur ki, həyatda haram qazanc əldə edərək hər iki dünyada günaha bataraq cəzaya layiq olmaq yerinə halal zəhmətlə qazanc əldə etməyə çalışmaq lazımdır.
Biz bir müsəlman olaraq borcumuzu yerinə yetirib  qumar və digər haramlardan uzaqlaşmaq barədə tövsiyəmizi verdik. Hər kəs seçimində azaddır. Amma Qiyamət günü həmin azadlıq olmayacaq...

Sultan Laçın
Oxşar xəbərlər
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:53, Bu gün
Yevlaxda ailə münaqişəsi qanla bitdi: Arvadını öldürüb, özünə xəsarət yetirdi
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
GÜNLÜK
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”