"Bu oğlumun həm toy mağarıdır, həm də yas" -Şəhid anası
Oxunub: 3471
26 May 2016 | 15:54
Vətəni qibləgah edən şəhidlər- XVI
                          
Şəhid evlərini soraqlaya-soraqlaya gəzdiyim rayonlarda ünvanı  soruşanda qarşılaşdığım insanların əksəriyəti eyni sözü deyir: “...O qapısında Azərbaycan bayrağı asılan ev, şəhidin evidir”. Qapısında bayraq asılan evləri, məhəllələrin sakinlərini həm qürurlu, həm də gözüyaşlı gördüm. Ocağını yandıracaq, yurduna sahib olacaq tək övladlarını  itirən analarla üz-üzə gəlmək nə qədər çətin olsa da, o uca ŞƏHİDLƏRİMİZİN ruhu xoş olsun deyə,  məndən güclü analarla görüşmək Tanrı qarşısında mənəvi borcumdur.

May ayı sərin nəfəsi ilə təbiəti nazlandrdığı, şər qarışan bir vaxtda Zaqatala rayonunun Muxax kəndindəindəki Nurayevlərin  məhəlləsini tapmaq çətin olmadı. Örüşdən gələn heyvanları həyətə salan bir  kişi bizi evə apardı. Məlum oldu ki, şəhid Rəvan İsmayıl oğlu Nurayevin bacısının əri Qəhrəman Ramazanovdur. Həyətin içərisində təzə ev də tikirdilər. Bizi eyvanına dəvət etdikləri evin isə divarları çat-çat idi. Bildik ki, 2013-ci ilin may ayında baş verən zəlzələdən sonra, bərbad olan evlərdən biridir.

Eyvandan içəri otağa keçəndə, yerimdəcə donub qaldım... Qarşımda məni aprel ayının 4-ü axşamı heyrətə gətirən qara paltarlı, həmin arıq və sısqa qadın dayanmışdı. Həmin vaxt  televiziya ekranından onu oğlunun tabutunun altına çiyin verərərək, şəhidin əsgər yoldaşlarına qoşulub, hər kəsdən qabaqda gedən görmüşdüm... Və o gecənı dirigözlü açan azərbaycanlılarımın, türk dünyamızın bütün vətəndaşları kimi məni yuxu tutmamışdı. Qovrulmuşdum için-için, parçalanmışdı qəlbim ...


Şəhid anası Həvva bacının əvəzinə yaxın qohumları Tamam Ramazanova danışmağa başladı.

- Həvvagillə həm qonşuyuq, həm də qohum. Onun böyük qızı mənim gəlinimdir. Çox gözəl, namuslu ailədirlər. 2 yaşından Rəvanı və qızını yetimliklə böyüdüb.  Aprelin 3-ü  gəlinim Fatma dedi ki, qardaşının əsgərliyinin 1 ili keçdi, 6 ayı qalıb... Şəklini əlinə götürüb, başladı ağlamağa. Dedim niyə ağlayırsan ki, şükür Allaha, gəlib çıxacaq...  Axşamüstü də qudam Həvva gəldi. Dedi ki, heç özünə yer tapa bilmir. Bilirdik ki, ara qarışıb, aləm dəyib bir-birinə, ermənilər yenə bizim tərəfə atırlar. Ancaq Rəvanla bağlı qara xəbər heç ağlımıza da gəlmirdi. Çünki biz onun Mingəçevirdə hərbi təlim keçdiyini bilirdik. Oturub samovar çayı içə-içə söhbət edirdik. Həvva dedi ki, ürəyinin içi yanır, bilmir canını hara qoysun. Elə bu vaxt, kəndin icra nümayəndəsi girdi həyətimizə. Həvva dəli kimi yerindən durub onun üstünə qaçdı, qışqıra-qışqıra soruşdu ki, “Rəvandan xəbər gətirmisən, nə olub?”. Vallah bilmədim ki, bu arvada bir dəqiqənin içində nə oldu.... O necə hiss eləmişdi icra nümayəndəsinin  qara xəbər gətirməyini bilmirəm...

Söhbətə Həvva Nurayeva hönkürtü ilə qoşuldu:


- Bilirsən nədən bildim?! Çünki o vaxtadək bizim qapımızı kənd icra nümayəndəliyindən döyən olmayıb. Özü də bu kişi evə gələndə salam vermədi. Ehtiyatla ətrafına baxırdı. Ondan şübhələndim... Mən oğlumu cavan ölmək üçün böyütməmişdim. Kim sahibim olacaq. Axı Rəvan mənə deyirdi ki, “ay ana, böyüyüb bütün zəhmətlərinin əvəzini verəcəm”. Atası rəhmətə gedəndə Rəvanın 2, böyük qızımın 5 yaşı var idi. Onları bu kənd yerində zəhmətlə böyütdüm. Kimsənin qazanına, çörəyinə göz dikməyə qoymadım. Aclığımızdan, toxluğumuzdan kimsənin xəbəri olmadı. 2015-ci ilin aprel ayında  əsgər yola saldım. O əsgər getdiyi gündən sonra dolu zənbillərlə Tərtərə, Goranboya görüşünə yollanırdım... 
Evdə tək qala bilmirdim. Elə bilirdim ki, bütün evi yığıb aparıb Rəvan. Deyirdi ki, “ay ana, mən balaca deyiləm, əziyyət çəkmə”. Kaş axırıncı dəfə 10 gün balamın yanında qalaydım, doyardım, bəlkə ətrindən. 

Bülbül güllər ayrısı,
Şana tellər ayrısı.
Bir gününə dözməzdim,
Oldum illər ayrısı...


Balam Tərtərdə düşmən gülləsinə rast gəlib. Əvvəlcə orda xidmət edirdi. Elə yanına gedəndə sevməmişdim o Tərtəri. Bizim Zaqatala hara, Tərtər hara. Mənə düşmən oldu Tərtər. Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub balam. 
Yoldaşım İsmayıl da kənddə çörəkli kişi olub. Qapımızdan girənə süfrə açmaq adətimiz olub. 1999-cu ildə rəhmətə getdi. Ötən günlər ərzində  bu həyətimdə  oğlum üçün  bir mağar quruldu ki, gəl görəsən... Gələn-gedənlərə dedim ki, hamınız balamın süfrəsindən yeyin... Bu həm toy mağarıdır, həm əsgərlikdən gəlməyini qeyd edirəm, həm də yasını verirəm... Bundan sonra nəyimə lazımdır bu həyət-baca... O zəlzələ olan vaxtı, biz bu evdə qorxa-qorxa yaşadıq. Görürsünüz də, zəlzələdən uçub dağılandı evimiz. Pulu olanlar, evinin təmirinə ehtiyacı olmayanlar pul verib təzdən yardım aldılar hökumətdən. Bizim kimi kasıbların da başını 5 min manat pulla qatdılar. Evin təməlini qoyduq, sonrasına da pulumuz çatmadı. Kaş balam sağ olaydı, bir çadırda da yaşayardım. Kaş şikəst qayıdaydı, ölən gününə kimi, qulluğunda durardım...

Oğlumun üç mərasimini verən gün, aprelin 7-də  Mehriban xanım Əliyeva Bakıda  şəhid ailələrinin anaları, bacıları, qızları ilə görüş keçirirdi. Qızım Fatmanı göndərdik. Orda Fatma heç nə danışa bilməyib. Amma sonradan, Mehriban xanımın köməkçisi qızıma zəng vurub, problemimizin olub-olmadığını soruşub, qızım da deyib ki, zəlzələdən ziyan çəkmişik. Bizə Mehriban xanım Əliyeva tərəfindən maddi yardım da olundu. İndi bu həyətmizdə gördüyünüz evi də təzə tikməyə başlayıblar. Usta briqadası da ayırıblar. Ancaq heç kim demir ki, kim tikir, kim tikdirir...

19 yaşlı şəhid Rəvan Nurayevin bacısı Fatma heç nə danışmadı. Elə məlul-müşkül, ağlar gözlə üzümüzə baxırdı. Lakin qaynansı, Tamam xanım yenə söhbətə qoşuldu: 


- Rəvanın əsgərlyindən heç narazılığı olmamışdı. Deyirdi ki, “ana bu zənbilləri mənə gətirmə, bizə əsgərlikdə ev yeməyi verirlər”. Arzuları yarımçıq qaldı, uşağın, onu dəfn edəndə,  bu  həyətdə iynə atsan yerə düşməzdi. Belə şəhid dəfn edildiyini görməmişdik. Adam bəy olanda sağında-solunda xalaoğlusu, əmioğlusu, sağdış-soldış durar, Rəvanın da sağında-solunda Azərbaycan əsgərləri dayanmışdı. Onlar ona keşik çəkirdilər. Sağ olsun dövlətimiz, Rəvan şəhid olan gündən, anasını da nəzarətə götürüblər ki, nə istəyi olsa yerinə yetirsinlər. Fatmnın da iki uşağı var. Dünyada kim əbədidir ki, bu da bir yazı, bir qismət  idi. Ölənlə ölmək nə dinimizə yaraşar, nə də inancımıza. Allahdan bütün şəhid ailələrinə səbr diləyirəm. Biz də burdayıq. İndi Həvva özü necə desə, elə də quracağıq düzənimizi. Fatma, nəvələrimiz nə vaxt istəsələr, gəlib-gedəcəklər. Qonşularımız da mehribandırlar. Biz Həvvanı tək qoymarıq.

Cəmi 19 il ömür sürən Rəvanın albomlarından şəkil axtardım. Qonşunun Aida adlı qızı dedi ki, Rəvanın oxuduğu kənd məktəbində onun xatirəsinə ehtiram olaraq, anım günü keçirilib. Həmin anım günündə  çıxış edən müəllimlərdən birinin  ürək sözlərini bizə təqdim etdi:


“Geridə qoyduğumuz hər gün bir tarixə dönür. Elə günlər var onlar unudulub  gedir, elə günlər də var ki, onları heç zaman unutmursan. Belə günləri tarixə yazan qəhrəmanlardır şəhidlər! Allah, Vətən və millət yolunda canından keçən insanların fəth etdiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq! Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını  canı ilə qazanıb, qanı ilə yazanlardır, şəhidlər! Belə ayrılıq əslində  yoxluq və heçlik deyil, əbədi  cənnət olan diyara səfərdir.

Şəhidlər  şərəf, qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
Şəhidlər tarixləşən istiqlal türbəsidir,
Şəhidlər ölməzdirlər, şəhidi ağlamazlar”.

Şəhid Rəvan İsmayıl oğlu Nurayevin Vətən qarşısında canından keçməsi də yüksək qiymətləndirildi. Onun layiq olduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailə üzvlərinə təqdim olundu. Rəvan indi təkcə Zaqatalanın Muxax kəndinin deyil, bütöv Azərbaycanın oğludur. Bunu artıq Muxax kəndinin məktəbliləri bilirsə, deməli şahidi olduqları tarix dərsini gələcək nəsillərə söyləyəcəklər. 
2-5 aprel gününün tarixini dastana çevirənlər xalqın əbədi yaddaşına yazılıblar, Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən bütün şəhidlərimiz kimi!(musavat.com)








Oxşar xəbərlər
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 14:58
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
18 May 2024 | 14:52
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."