“Azərbaycanda hər nazirin 3-4 millət vəkili, prokuroru, hakimi, icra başçısı var”.
Bunu
Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə
görə, bəzi hallarda bu şəxslər onun qohumlarından, bəzi hallarda isə yaxın tərəfdarlarından
ibarət olur:
“Nazirlərin
mühüm vəzifələrdə olan bu adamları ya onların yaxın qohumlarından, ya da yaxın
tərəfdaşlarından ibarət olur. Onlar öz ailə üzvlərini və yaxın qohumlarını
mühüm postlarda yerləşdirmək üçün daha bir üsuldan istifadə edirlər. Nazirlər
bir-birlərinin qardaşını müavin kimi işə götürürlər. Yəni bir nazir digər
nazirin qardaşını öz yanında müavin kimi işə götürür, daha sonra digər nazir qardaşını müavin kimi işə
götürən nazirin qardaşını özünə müavin təyin edir.
Bu gün ölkədə elə bir
nazir yoxdur ki, onun ailə üzvləri, qohumları mühüm vəzifələrdə təmsil olunmasın.
İnsanların
qohumluq əlaqələrinə görə hakimiyyətdə təmsil olunması korrupsiyanın bir
növüdür və buna qarşı mübarizənin aparılması zəruridir”.
Seymur
Əliyev