Bizi sosial şəbəkələrdən izləyin:
Əməkdar jurnalist, tanınmış idman şərhçisi, İdman TV-nin keçmiş direktoru Rövşən Binnətlinin səhhətində problem yaranıb.
Moderator.az-ın Manset.az-a istinadla məlumatına görə, R.Binnətli təcili Respublika Diaqnostika Mərkəzinə aparılıb.
Onun səhhətində ciddi problem olduğu üçün təcili reanimasiyaya yerləşdirilərək, əməliyyat olunub. 7 saatdan çox davam edən əməliyyat uğurla nəticələnib.
Açıq ürək əməliyyatı keçirilən Rövşən Binnətlinin səhhətinin hazırda stabil olduğu bildirilir.
Tanınmış jurnalistin oğlu Tahir Novruzov Manset.az-a açıqlamasında xəbəri təsdiqləyib:
"Atam ağır ürək əməliyyatı keçirib. Onun ürəyinin bir damarı dəyişdirilib. Hazırda vəziyyəti stabildir".