Roza Arazova VƏFAT ETDİ - FOTO
224
09:19, Bu gün

Roza Arazova VƏFAT ETDİ - FOTO

Xəzər Universitetinin veteran müəllimi, tarixçi alim, dosent Roza Arazova vəfat edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Universitet məlumat yayıb. Bildirilib ki, Roza Arazova bu gün dünyasını dəyişib.
 
Roza Arazova 1991-ci ildən etibarən Xəzər Universitetində tarix müəllimi kimi fəaliyyətə başlayıb. 1995-ci ildə universitetə daimi dosent vəzifəsinə qəbul olunub. 1993-cü ildən etibarən uzun illər Tarix və Arxeologiya departamentinin müdiri, 1999-cu ildən isə "Azərbaycan arxeologiyası" jurnalının baş redaktor müavini vəzifəsində çalışıb.
Link kopyalandı!
Son xəbərlər