Vətən Müharibəsi qəhrəmanının anası vəfat etdi - FOTO
235
10:37, Bu gün

Vətən Müharibəsi qəhrəmanının anası vəfat etdi - FOTO

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovun anası vəfat edib.
 
85 yaşlı Zərnigar Hüseynova bu gün Ağdamın Mirəşelli kənd məzarlığında - digər oğlu şəhid Füzuli Hüseynov və həyat yoldaşı Əhəd Hüseynovun yanında dəfn olunacaq.
 
10 uşağı olan Zərnigar Hüseyova eyni zamanda şəhid və 3 veteran anası idi.
 
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
 
Evlidir. Bir oğlu, bir qızı var. /Qafqazinfo/
Link kopyalandı!
Son xəbərlər