Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
1577
04 Nov 2025 | 10:57

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ - FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat edib.
 
Moderator.az “Yeni Sabah”a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travma və ortopediya bölməsinin elmi rəhbəri Elşən Məhərrəmov dünyasını dəyişib.
 
Onun ölüm səbəbi açıqlanmayıb. 
 
Qeyd edək ki, Elşən Kamal oğlu Məhərrəmov 1966-cı ildə Bakıda doğulub. O, 1983-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub. 2011-ci ildən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travma və ortopediya bölməsinin elmi rəhbəri vəzifəsində çalışıb.
Link kopyalandı!
Son xəbərlər