Xəzər sahilində ölü suitilər aşkarlandı
773
00:09, Bu gün

Xəzər sahilində ölü suitilər aşkarlandı

Qazaxıstanın Tupqarağan rayonunun Bautino kəndi yaxınlığında, Xəzər dənizinin sahilində suiti cəsədləri tapılıb.

Moderator.az xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.

İri dəniz məməlisini görən və bu barədə aidiyyəti orqanlara məlumat verən yerli sakin sahildə altı ölü suitinin uzandığını bildirib. Onlardan ikisinin boğazına balıqçı torları dolaşmış vəziyyətdə olub.

Faktla bağlı hadisə yerinə bütün səlahiyyətli qurumların inspektorları ezam edilib.

Link kopyalandı!
Son xəbərlər