Kasım-Jomart Tokayev Qazaxıstanın Azərbaycandakı səfirini təltif etdi - FOTO
802
15:50, Bu gün

Kasım-Jomart Tokayev Qazaxıstanın Azərbaycandakı səfirini təltif etdi - FOTO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu ölkənin Azərbaycandakı səfiri Alim Bayel "Hörmət" ordeni ilə təltif olunub.
 
Bu barədə Moderator.az-a Qazaxıstanın Azərbaycandakı səfirlikdən məlumat verilib.
 
Bildirilib ki, Alim Bayelə həmin dövlət mükafatını Qazaxıstanın xarici işlər naziri Yermek Köşerbayev təqdim edib.
 
Nazir təbrik nitqində Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və sıx əməkdaşlıqdan danışıb.
 
Alim Bayel, öz növbəsində Qazaxıstanın Azərbaycandakı səfirliyinin ölkəsinin xarici siyasətinin səmərəli həyata keçirilməsinə və Qazaxıstan-Azərbaycan müttəfiqlik münasibətlərinin gücləndirilməsinə yönəlmiş vəzifələrin icrasını davam etdirəcəyini bildirib.
 
Eyni zamanda, xeyriyyəçilik fəaliyyətinə görə azərbaycanlı iş adamı Amil Yusifov da "Hörmət" ordeni ilə təltif olunub. O, AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən Qazaxıstan vətəndaşlarının ailə üzvlərinə mənzillər, həmçinin Aktau şəhərinin xilasedicilərinə, xəstəxanasına və təcili yardım stansiyasına avtomobillər hədiyyə edib.
Link kopyalandı!
Son xəbərlər