Dövlət Vergi Xidməti jurnalistlərə təlim keçib - FOTO
621
13:08, Bu gün

Dövlət Vergi Xidməti jurnalistlərə təlim keçib - FOTO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) 25 illiyi münasibətilə DVX və "Vergilər" qəzeti redaksiyasının birgə təşkilatçılığı ilə Tədris Mərkəzində media nümayəndələri üçün "Azərbaycanın vergi sistemi - retrospektiv baxış (2000-2025-ci illər) və gələcək inkişaf strategiyası (2025-28-ci illər)" mövzusunda ikigünlük təlim və müsabiqə keçirilib.
 
Moderator.az xəbər verir ki, təlim çərçivəsində Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev və Vergi Siyasəti Baş İdarəsinin şöbə rəisi Niyaz Şükürov tərəfindən təqdimatlar keçirilib.
 
Çıxışlarda 2000-2025-ci illərdə vergi sisteminin institusional inkişaf mərhələləri, elektron xidmətlərin formalaşması, vergi inzibatçılığında şəffaflıq və səmərəliliyin artırılması istiqamətində görülən işlər, həmçinin "Dövlət Vergi Xidmətinin 2025-28-ci illər üzrə Strategiyası"nın əsas hədəfləri diqqətə çatdırılıb. Təlim iştirakçıları vergi orqanları ilə media arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, ictimaiyyətin düzgün məlumatlandırılması və vergi mədəniyyətinin təşviqi mövzularında da fikir mübadiləsi aparıblar.
 
Sonda media nümayəndələri arasında müsabiqə təşkil olunub. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Link kopyalandı!
Son xəbərlər