Ramiz Mehdiyevin köməkçisi də həbs edildi - FOTO
1326
03 Nov 2025 | 12:04

Ramiz Mehdiyevin köməkçisi də həbs edildi - FOTO

Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov həbs edilib.
 
Moderator.az Manset.az-a istinadən xəbər verir ki, AMEA katibliyinin keçmiş rəisi Əmirov Eldar Qurban oğlu məkhəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhd ittihamı ilə 4 ay müddətinə həbs olunub.
 
Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt onun köməkçisi olub.
 
Onu da nəzərə çatdıraq ki, bir müddət əvvəl "Unikal" Eldar Əmirovun AMEA prezidenti Katibliyinin rəisi olduğu zaman Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanıldığı xəbərini yaymışdı. 
Link kopyalandı!
Son xəbərlər