Bizi sosial şəbəkələrdən izləyin:
Albaniya Voleybol Federasiyası braziliyalı qadın voleybolçu Nayara Ferreyranı gender kimliyi şübhəsi səbəbi ilə diskvalifikasiya edib.
Moderator.az "Balkan Insight"a istinadən xəbər verir ki, idmançı Tirananın "Dinamo" komandasında çıxış edir.
Voleybolçu bir neçə həftə ərzində Albaniyada keçirilən yarışlardan kənarlaşdırılıb və ona gender testindən keçmək tapşırılıb.
Albaniyada ayrı-seçkilikdən müdafiə üzrə müvəkkil Robert Qayda bu qərarı diskriminasiya kimi qiymətləndirib. R.Qayda vurğulayıb ki, onun rəhbərlik etdiyi qurum bu məsələ ilə bağlı istintaqa başlaya bilər.