Bizi sosial şəbəkələrdən izləyin:
"Azərbaycan Hava Yolları" ( AZAL) məxsus təyyarədə baş verən qəzada həlak olan 20 yaşlı Mahmud Tutunçuyevin xatirəsi təhsil aldığı Bakı Avrasiya Universitetində yad edilib.
Moderator.az xəbər verir ki, Bakı Avrasiya Universitetinin müəllim və tələbələri Mahmud Tutunçuyevin şəklinin olduğu guşəyə gül dəstələri qoyublar. Müəllimləri onu yüksək keyfiyyətlərə məxsus tələbə kimi xatırlayacaqlarını söyləyiblər.
Qeyd edək ki, Balakən rayonundan olan Mahmud Tutunçuyev Sumqayıt şəhərində ailəsi ilə birgə yaşayıb.
O, ailənin tək övladı idi.