Qəzada həlak olan 29 yaşlı qız həkim imiş - 3 gün əvvəl... - FOTOLAR
3030
26 Dec 2024 | 12:07

Qəzada həlak olan 29 yaşlı qız həkim imiş - 3 gün əvvəl... - FOTOLAR

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olan vətəndaşlarının adlarını açıqlayıb.
 
Ölənlər arasında gənc diş həkimi Səlimə Cutayeva da var.
 
Səlimə 29 yaşında idi və Kostanayda diş həkimi işləyirdi. Gənc qızın sosial şəbəkədəki səhifəsində onun izləyiciləri şərh yazır və bildirirlər ki, onlar sona qədər Səlimənin sağ olduğuna və sağ qalan sərnişinlər siyahısında olacağına inanıb və ümid ediblər.
 
Səlimə Cutayeva üç gün əvvəl öz İnstaqram səhifəsində video paylaşaraq Azərbaycan dilində "Sən yağışlı gündə günəş kimisən"qeydini yazıb.
 
Xatırladaq ki, təyyarədə 67 sərnişin olub. Onlardan 38 nəfəri həlak olub. 29 nəfər, o cümlədən iki uşaq müxtəlif xəsarətlərlə sağ qurtulub. /Milli.az/ 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər