Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-da yaşayan 10 yaşlı uşaq müəlliminin verdiyi tapşırıqla həyatını tamamilə dəyişib.
2014-cü ildə Tripp Filips adlı uşağın sinif müəllimi şagirdlərindən ev tapşırığı üçün bir şey icad etmələrini istəyib.
Tripp isə leqoları ilə oynayarkən davamlı olaraq dağıldığını müşahidə edərək, güclü, lakin zərərsiz bir yapışdırıcıya ehtiyac olduğunu müəyyən edib.
O, 2015-ci ildə keçirilən “International Torrance Legacy Creativity Awards” müsabiqəsində iştirak edib və leqo yapışqan ideyası ilə birinci yeri qazanıb.
Bu hadisədən sonra Tripp 40 min dollar toplayıb və “LeGlue” adlandırdığı yapışdırıcını istehsal etməyə başlayıb. Bu yapışqanın ən əhəmiyyətli xüsusiyyəti onun ilıq suda həll olması və leqolardan asanlıqla ayrılmasıdır.
Səyləri nəticəsində Trippin qazancı 2022-ci ildə 1 milyon dollara, 2024-cü ildə isə 2 milyon dollara çatıb. (Publika.az)