Təyyarə qəzasında xəsarət alan şəxsin atası danışdı - FOTO
861
25 Dec 2024 | 18:01

Təyyarə qəzasında xəsarət alan şəxsin atası danışdı - FOTO

Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlar arasında Gəncə şəhər sakini də var. Toğrul Cəfərov da qəzaya uğrayan sərnişinlər arasında olub.
 
Moderator.az bildirir ki, Teleqraf.com-un əməkdaşı Toğrulun atası Mahir Cəfərovla həmsöhbət olub.
 
Mahir Cəfərov deyir ki, oğlu istirahət məqsədilə Bakıdan Çeçenistanın paytaxtı Qroznuya, oradan isə Rusiyanın Sankt-Peterburq şəhərinə gedəcəkmiş. Mahir Cəfərov qəza xəbərini eşitdikdən sonra bir müddət oğlundan xəbər ala bilməyib. Sonradan onunla telefon vasitəsilə danışa bilib.
 
"Təxminən, iki saat sonra xəbər gəldi ki, təyyarə qəzaya uğrayıb. Ondan bir saat sonra əlaqə yaratdıq. Şükürlər olsun yüngül xəsarətlər alıb, hazırda Aktauda xəstəxanadadır. Gün ərzində 4-5 dəfə danışmışam" , - deyə M. Cəfərov söyləyib.
 
Qeyd edək ki, Toğrul Cəfərov Gəncə Birləşmiş Xəstəxanasının Dəstək xidmətləri şöbəsinin əməkdaşıdır.

Link kopyalandı!
Son xəbərlər