Bizi sosial şəbəkələrdən izləyin:
AZAL-ın Aktauda qəzaya düşən təyyarəsində sağ qalan rus vətəndaşından biri atasının dəfnindən sonra uçurmuş.
Rusiya mediası xəbər verir ki, 36 yaşlı Zaur Məmmədov 3 gün əvvəl Bakıda yaşayan atasını dəfn edib.
Həmin şəxs Rusiyaya qayıdarkən təyyarə qəzasına düşüb.
Zaur sağ qalıb və Qazaxıstan xəstəxanasındadır.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. /Musavat.com/