Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi
1228
25 Dec 2024 | 15:24

Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi

"Avropa Parlamentinin üzvü Natali Loiseaunu və Fransadakı erməni diasporunu tarixi torpaqlarımıza qayıdışımız narahat etməkdədir. Qarabağ erməniləri məsələsinə mütəmadi olaraq toxunan, onlarla bağlı bəyanat verən fransız deputatlar çox yaxşı bilməlidirlər ki, yerli xalq olan azərbaycanlılarla erməniləri müqayisə etmək absurddur".
 
Moderator.az xəbər verir ki bunu Teleqraf.com-a politoloq Zaur Məmmədov deyib.
 
“Natali Loiseaunun Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dair danışıqlarda Azərbaycanın “Qərbi Azərbaycan” və ya “dəhliz” adlanan nağıllarının yeri olmamalıdır”, - kimi yanaşmaları absurddur”, - deyə o əlavə edib.
 
 
Politoloqun fikrincə, Ermənistan özünü qeyri-adekvat aparması fonunda ölkəmiz tərəfindən tələblərlə bağlı yeni açıqlamaları eşidəcək:
 
“Hazırda Azərbaycan və Ermənistan arasında razılaşdırılmamış məqamlardan biri şərti sərhədlər yaxınlığında xarici qoşunların yerləşdirilməməsidir. Buna əlavə olaraq, rəsmi Bakı tərəfindən bu il ərzində azı 3 dəfə sərhədlər yaxınlığında məğlub dövlət tərəfindən ağır hücum xarakterli silahları yerləşdirilməsinin yolverilməz olduğu, delimitasiyanın zəruriliyi bəyan edilib”.
 
Zaur Məmmədova görə, bu və ya digər tərəfdən, aydın olan bir məqam var:
 
“Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır, bölgə silahsızlaşdırılmalıdır. Qayıdış isə zaman məsələsidir. Kimin nə istəməyindən asılı olmayaraq Zəngəzur dəhlizi açılacaq, qayıdış baş tutacaq”.
 
Link kopyalandı!
Son xəbərlər