Bizi sosial şəbəkələrdən izləyin:
Pakistanın Baş naziri Şahbaz Şərif təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
Moderator.az xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb:
"Qazaxıstanın Aktau yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğraması xəbəri dərindən sarsıtdı. Bu hadisə nəticəsində həyatını itirənlərlə bağlı əziz qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Fikirlərimiz mərhumların ailələri ilədir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Pakistan Azərbaycanın yanındadır".