Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul etdi - YENİLƏNİB + FOTO
273
16:35, Bu gün

Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul etdi - YENİLƏNİB + FOTO

23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilib.
 
XİN-dən Moderator.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.
 
Görüşdə, ikitərəfli strateji tərəfdaşlıq münasibətləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Tərəflər Azərbaycan və Serbiya tərəfindən hər zaman qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyin təqdirəlayiq olduğunu bildiriblər.
 
Ölkəmizi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi münasibətilə təbrik edən Prezident Vuçiç, COP29 çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayıb.
 
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.
 
16:13
 
Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
 
Bildirilib ki, görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlığından irəli gələn iqtisadiyyat, enerji, kommunikasiya, regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif mövzular müzakirə olunub.
 
Nazir regionda münaqişədən sonrakı bərpa prosesi və sülh səyləri ilə bağlı son yeniliklər barədə Serbiya Prezidentini məlumatlandırıb.
 

Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul etdi - FOTOLAR

Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul etdi - FOTOLAR

Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul etdi - FOTOLAR

Link kopyalandı!
Son xəbərlər