Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın müxtəlif ekosistemlərini özündə birləşdirən milli parklara "Yaşıl dünya naminə həmrəylik" ilində 223 549 turist səfər edib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Moderator.az-a bildirib ki, 2024-cü ilin bugününədək ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklar Göygöl, Şahdağ və Abşeron milli parklarıdır.
“Ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və foto görüntülər də gözəl təbiət ərazilərimizə olan marağın artmasına bu il də şərait yaradıb”.
A.Babayeva Azərbaycan təbiətini sevən, onun gözəlliklərinə dəyər verən hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və bayram tətili günlərini milli parklarımızda keçirməyə dəvət edib.