Bizi sosial şəbəkələrdən izləyin:
Boks üzrə yüngül çəkidə (WBC) dünya çempionu olmuş Tyerri Yakob vəfat edib.
Uzun müddət ağciyər xərçəngi ilə mübarizə aparan 59 yaşlı keçmiş boksçu Fransanın Kale şəhərindəki evində həyatını itirib.
Bu barədə Kale meri də sosial şəbəkə səhifələrində məlumat yayıb.
Qeyd edək ki, T.Yakob peşəkar karyerası ərzində 45 döyüş keçirib. O, 20-si nokautla olmaqla 39 qələbə qazanıb və 6 döyüşdə məğlub olub. (Report)