Hər il səkkiz yaş qocalan
323
14:10, Bu gün

Hər il səkkiz yaş qocalan "TikTok" fenomeni vəfat etdi - FOTO

Nadir "progeriya" xəstəliyindən əziyyət çəkən və hər il səkkiz yaş qocalan "TikTok" ulduzu Beandri Boysen vəfat edib.

"Haber Global"ın verdiyi məlumata görə, bu barədə onun anası xəbər verib.
 
Bildirilir ki, CAR-dan olan qız cəmi 19 il yaşasa da, onun bədən yaşı 152-yə çatıb.
 
"Cənubi Afrikanın ən sevilən və ilhamverən gənc xanımlarından biri olan, həmişə ümid və sevinc saçan Beanın vəfatını dərin kədərlə elan edirik. O, bənzərsiz ruhu ilə dünya miqyasında minlərlə insana ilham verərək progeriyalı və digər xüsusi ehtiyacları olan uşaqlar üçün bir simvola çevrildi. Bea mübarizəni heç vaxt dayandırmadı", - deyə qızın anası paylaşımında bildirib.
 
Qeyd edək ki, Beandri anadan olarkən ona Hatçinson-Gilford progeriya sindromu diaqnozu qoyulmuşdu. Bu nadir genetik xəstəlik uşaqlarda sürətli qocalmaya səbəb olur. Dünyada bu xəstəlikdən 200-ə yaxın uşaq əziyyət çəkir.
 
Həkimlər Beandrinin 14 yaşından çox yaşaya bilməyəcəyini bildirmişdilər. O, həmçinin, sümüklərin kövrəkləşib sınmasına səbəb olan osteoporoz xəstəliyinə tutulmuşdu.
 
"TikTok"da 269 min izləyicisi olan Beandri bu nadir xəstəlik haqqında məlumatlılığı artırmaq və çətin anlar yaşayan insanlara ilham vermək məqsədilə paylaşımlar edirdi. Buna görə də sosial şəbəkələrin fenomeninə çevrilmişdi. /oxu.az/
 

Link kopyalandı!
Son xəbərlər