Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirildi - FOTO
487
16:05, Bu gün

Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirildi - FOTO

Dekabrın 20-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
 
Moderator.az xəbər verir ki, iclasda “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 nömrəli Qərarına, habelə qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılması tələb olunan digər qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə məsələ müzakirəyə çıxarılıb və dəyişikliklər Plenum üzvləri tərəfindən təsdiq olunub.
 
Eyni zamanda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” qərar layihəsi müzakirə olunub və müvafiq qərar qəbul edilib.
 
Sonra 2023-cü il və 2024-cü ilin birinci yarımilliyində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib və geniş fikir mübadiləsi aparılıb.
 
Daha sonra Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının tərkibinə dəyişiklik edilməsi barədə layihə səsverməyə çıxarılaraq qəbul edilib.
 
İclasda həmçinin konkret işlərə baxılıb.
Link kopyalandı!
Son xəbərlər