Bizi sosial şəbəkələrdən izləyin:
Elmin cəlbediciliyini eləcə də, gənc nəslin elmə marağını artırmaq məqsədilə UNEC-in start verdiyi "Elmin Populyarlaşdırılması" layihəsi çərçivəsində ilk tədbir Lənkəran Dövlət Universitetində (LDU) keçirilib.
Moderator.az xəbər verir ki, tədbirdə iştirak edən UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru professor Rövnəq Rzayev, UNEC rektorunun müşaviri dosent Elşən Bağırzadə, UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri dosent Etibar Əliyev elmi bilikləri, nailiyyətləri, yeni elmi istiqamətləri təbliğ etmək, elmə marağı artırmaq məqsədilə çıxış ediblər. Maraqlı təqdimatların sonunda iştirakçıların sualları cavablandırılıb.
Tədbirin sonunda LDU-nun rektoru professor Natiq İbrahimova layihəyə dəstək verdiyi üçün və ev sahibliyi etdiyi üçün təşəkkürlərini bildiriblər.