Bloger evinin pəncərəsindən yıxıldı - Vəziyyəti ağırdır - FOTOLAR
657
14:50, Bu gün

Bloger evinin pəncərəsindən yıxıldı - Vəziyyəti ağırdır - FOTOLAR

İstanbulda yaşayan iranlı sosial media fenomeni Sara Mohseni Kağıthanedəki evinin pəncərəsindən yıxılıb.

İstanbulda 2 yaşlı qızı ilə yaşayan iranlı sosial media fenomeni Sara Mohseni gecə saatlarında evinə taksi ilə qayıdıb. Bir neçə saat sonra naməlum səbəbdən 4-cü mərtəbədəki evinin pəncərəsindən yıxılıb.

Hadisəni eşidən vətəndaşlar dərhal yanğınsöndürənlərə xəbər veriblər. Hadisə yerinə tez bir zamanda sağlamlıq, xilasetmə və polis qrupları göndərilib. Möhsenə ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya aparılıb. Möhsənin vəziyyətinin ağır olduğu bildirilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb./Milli.az/

Link kopyalandı!
Son xəbərlər