Bizi sosial şəbəkələrdən izləyin:
"Zəngəzur dəhlizinin taleyi artıq həll edilib. Bu layihəyə artıq Ermənistanın özü də razılıq verib. Rusiya da dəhlizin açılmasında maraqlıdır. Sadəcə, Moskva dəhlizin öz nəzarətində işləməsini istəyir".
Moderator.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, Kreml bundan sonra qərblə davam edən gərgin münasibətləri fonunda alternativ çıxış imkanları axtarır:
“Ona görə də cənub istiqamətində Rusiya öz fəaliyyətlərini genişləndirəcək. Bu xüsusda Moskvanın Zəngəzur dəhlizinin açılmasına daha çox maraq göstərəcəyi şübhə doğurmur”.
Politoloqun fikrincə, Zəngəzur dəhlizinin açılmasına İranın da mane olmaq imkanları məhdudlaşıb:
“Artıq ABŞ-də yeni adminstrasiya formalaşır. Vaxtilə bölgədə kommunikasiya xəttlərinin açılması ilə bağlı mühüm planlar hazırlayan Donald Tramp adminstrasiyası yenidən bu məsələni gündəmə gətirəcək. Bu da İranın oyundan kənarda qalması deməkdir”.
Qabil Hüseynli hesab edir ki, sülh danışıqları fonunda dəhlizin açılması mütləqdir:
“Çünki yeni bir düzən formalaşıb. Siyasi, inzibati xəritələr dəyişib. İndiki halda Şimalla Cənub arasında mühüm bir bağ olacaq Zəngəzur dəhlizinin açılmasına kimsə əngəl ola bilməyəcək”.