Dövlət xəstəxanasında növbə ilə yer satırlarmı?
449
18:25, Bu gün

Dövlət xəstəxanasında növbə ilə yer satırlarmı?

Dövlət xəstəxanalarından biri növbədə olan yerləri satır.
 
Moderator.az oxu.az-a istinadən xəbər verir ki , bu mövzu sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.
 
Səhər tezdən gəlib müvafiq vauçerləri alan bəzi xəstələrin sonradan gələnlərə yenidən sataraq bir növ “qara bazar” yaratdığı iddia edilir.
 
Vətəndaşlardan biri redaksiyamıza şərhində qeyd edib ki, söhbət Xırdalan şəhərindəki xəstəxanadan gedir.
 
“Həkimlər vaxtında gəlmir, işçilər öz yerində yox, qəbulda 12 nəfər əvəzinə cəmi 4 nəfər işləyir ki, bu da xaosa və sonsuz növbələrə gətirib çıxarır”.
 
 
Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məsələ ilə bağlı araşdırmalara başlanıldığını bildirib. Nəticələr daha sonra açıqlanacaq.
Link kopyalandı!
Son xəbərlər