”AzərEnerji” və BP Şirkəti arasında müzakirələr aparılıb
2163
03 Dec 2024 | 15:05

”AzərEnerji” və BP Şirkəti arasında müzakirələr aparılıb

“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə BP Şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyyətinin görüşü olub.

BP Şirkəti ilə Azərbaycan enerjisistemi arasındakı əməkdaşlıq münasibətlərinin müzakirə edildiyi görüşdə Səngəçal Terminalının elektrik şəbəkəyə qoşulma layihəsinin gedişatı, bu layihənin dekarbonizasiya məqsədində önəm daşıması ilə bağlı Prezident İlham Əliyevin COP29-un açılış mərasimində dediyi fikirlər xüsusi olaraq vurğulanıb. 

Görüşdə, Cəbrayılda tikilən 240 MVt-lıq BP “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün “AzərEnerji” tərəfindən tikilən 330 kV-luq yarımstansiya və bu yarımstansiyanın 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağı ilə əlaqələndirilməsi üçün 330 kV-luq ötürmə xətlərinin çəkilməsi  və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

"AzərEnerji" və BP Şirkəti arasında müzakirələr aparılıb - FOTOLAR

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər