Bizi sosial şəbəkələrdən izləyin:
198 ölkə, vətəndaş cəmiyyəti, çoxtərəfli təşkilatlar və özəl sektorun nümayəndələri Bakıda keçiriləcək COP29-da bir araya gələcək.
Moderator.az xəvər verir ki, bu barədə Belçikanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsində dərc olunan məlumatında deyilir.
"COP29-un vaxtıdır! 198 ölkədən nümayəndələr, vətəndaş cəmiyyəti, çoxtərəfli təşkilatlar və özəl sektor iqlim dəyişikliyi ilə mübarizə səylərini sürətləndirmək üçün Bakıda toplanacaq. Belçika iki həftə ərzində tədbirdə yüksək səviyyədə təmsil olunacaq", - məlumatda qeyd olunub.