KİV: İsrail “Hizbullah” komandirini ələ keçirib - FOTO
1931
02 Nov 2024 | 22:45

KİV: İsrail “Hizbullah” komandirini ələ keçirib - FOTO

İsrailin dəniz piyadaları Livanın şimalında, İsrail sərhədindən 140 km aralıda “Hizbullah” hərəkatının komandirini ələ keçirib.
 
APA xəbər verir ki, bu barədə “N12” telekanalı İsrail hərbçilərinin nümayəndəsinə istinadən məlumat yayıb.
 
Telekanal bildirir ki, əsir götürülən “Hizbullah” komandiri dindirilmək üçün İsrail hərbi kəşfiyyatının 504-cü bölməsinə aparılıb.
 
"Ynet" portalının məlumatına görə, İsrail Hərbi Dəniz Qüvvələrinin “Şayetet-13” əməliyyatı zamanı ələ keçirilən şəxs İmad Amhazdır.
 
“The Times of Israel” isə yazır ki, o, “Hizbullah” hərəkatının dəniz qüvvələrində aparıcı vəzifələrdən birini tutub.
 
 
 
Link kopyalandı!
Son xəbərlər