Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Matəm günü ilə əlaqədar ictimaiyyət arasında sabah dərs olub-olmayacağı ilə bağlı fikir ayrılığı yaranıb.
Manset.az məsələ ilə bağlı Azərbaycan Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib ki, sabah bütün tədris müəssisələrində dərs olacaq.