Türkiyədə bəşər tarixinin ən həlledici döyüşlərindən birinin - Makedoniyalı İsgəndərin farsları ilk dəfə məğlub etdiyi Qranik döyüşünün məkanı aşkar edilib.
Moderator.az xəbər verir ki, bu haqda Türkiyenin "Milliyet", "Yeni akit" və s. nəşrləri məlumat yayıb.
"Interesting Engineering" ("Maraqlı Mühəndislik") yazır ki, ən əfsanəvi döyüş meydanlarından birinin dəqiq yeri bir əsrdən çoxdur ki, sirr olaraq qalır. Layihənin elmi məsləhətçisi professor Reyhan Körpe 20 il əvvəl 90 min insanın öldüyü epik məkanın axtarışına başlayıb.
Məsələ ondadır ki, tədqiqatçılar yalnız döyüşün Qranik çayı boyunca getdiyini biliblər, uzun müddət onun koordinatlarını dəqiq müəyyənləşdirməyə çalışıblar. Nəhayət, professor Körpe uzun müddətdir davam edən sirrə son qoyan araşdırmaya başlayıb.
Əvvəlcə elm adamları Makedoniyalının və ordusunun getdiyi marşrutu müəyyən ediblər.
Professor Körpe deyib: “Biz fatehin keçdiyi yolun dəqiq xəritəsini çəkmişik; o, Özbək kəndindən başlayaraq, Umurbəy, Lapsekidən keçərək və sonda Biga düzünə enir.
Körpenin fikrincə, "bu döyüş dünya tarixinin ən mühüm məqamlarından biri hesab olunur" çünki farsları zəiflədib və Makedoniyaya Fars imperiyası üzərində hakimiyyət qurmağa imkan verib.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Çanaqqala ərazisində aşakr edilmiş məşhur döyüş meydanını turistlərin maraq göstərdiyi mədəniyyət məkanına çevirməyi planlaşdırır. Xüsusən də bu ərazi “Böyük İskəndərin mədəni marşrutu” layihəsi çərçivəsində tezliklə turistik məkana çevriləcək.
Qranik döyüşü
Eramızdan əvvəl 334-cü ilin mayında Makedoniyalı İsgəndər Kiçik Asiyanın fəthi zamanı Fars Əhəməni imperiyası üzərində ilk qələbəsini qazandı. Qranik döyüşü Makedoniyalı İskəndərin Hindistana doğru irəliləməsinə imkan verən iki ordu arasında üç böyük döyüşdən birincisi idi.
Tarixdə əbədi iz qoyacaq bir kampaniyada Makedoniyalıya Daranın rəhbərliyi altında Fars ordusuna qarşı ilk rəsmi döyüşündən əvvəl Balkanlarda və Yunanıstanda üsyanları yatırtdı. Daranın məsləhətçiləri ona Makedoniyanın daha güclü piyadaları ilə qarşılaşmaqdansa, alternativ strategiya qəbul etməsi barədə xəbərdarlıq ediblər, lakin o, qulaq asmayıb...
S.Laçın