Təhsil Tələbə Kreditindən ən çox UNEC-in tələbələri yararlanıblar
Elm və Təhsil
1704
20 Dec 2024 | 12:05

Təhsil Tələbə Kreditindən ən çox UNEC-in tələbələri yararlanıblar

"Təhsil Tələbə Kreditindən ən çox Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri yararlanıb".
 
Moderator.az xəbər verir ki, bunu Təhsil Tələbə Kredit Fondu İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov 3 illik fəaliyyətə dair keçirilən hesabat konfransında deyib.
 
"3 il ərzində UNEC-in ümumilikdə 3059 nəfəri kreditdən faydalanıb. Daha sonrakı yerlərdə Gəncə Dövlət Universiteti (2707) və Azərbaycan Texniki Universiteti (2308) yer alıb", - deyə Əzimov əlavə edib.
 
Link kopyalandı!
Son xəbərlər