Siyasi analitik Teymur Qasımlının “Siyasi kommunikasiya” adlı kitabı çapdan çıxdı...-FOTO
Elm və Təhsil
2641
09 Nov 2024 | 14:27

Siyasi analitik Teymur Qasımlının “Siyasi kommunikasiya” adlı kitabı çapdan çıxdı...-FOTO

BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri Kafedrasının müəllimi,beynəlxalq münasibətlər üzrə analitik, İstanbul Universitetinin siyasət elmi və beynəlxalq münasibətlər üzrə doktorantı Teymur Qasımlı Azərbaycan elm aləmində siyasi kommunikasiyalar barəsində ilk kitabın müəllifi olaraq da tarixə düşmək şərəfinə nail olub. 
 
Bu haqda Moderator.az-a açıqlamasında tanınmış siyasi analitikin özü danışıb.
 
Siyasətin mərkəzində ünsiyyət, ünsiyyətin mərkəzində isə məlumat ötürülməsi var. Bununla belə, ünsiyyətin mahiyyəti təkcə məlumat ötürmək deyil, həm də inandırmaq və təsir etməkdir. Siyasi ünsiyyətin tarixi Qədim Yunan sivilizasiyasına gedib çıxır. Siyasi mesaj daşıyan hər hansı bir hərəkət siyasi ünsiyyət çərçivəsindədir. Xüsusilə İkinci Dünya müharibəsi illərində kütləvi informasiya vasitələrinin geniş istifadəsi ilə inkişaf edən siyasi kommunikasiya həmin savaşdan sonra geniş vüsət aldı. Xüsusilə də televiziyanın sükan gücü bu sürətlənmənin ən böyük payını təşkil edir. Ona görə də seçki dövrlərində siyasi kommunikasiya da daha intensiv olsa da, ictimai güclərdən daha çox siyasi güc kimi siyasi partiyaların formaları, prosedurları və diskursları üzərində cəmləşir. Bu prizmadan irəli gələn həmin araşdırmada ümumən siyasi ünsiyyət, xüsusilə də siyasi sosiallaşma anlayış və nəzəriyyələri haqqında məlumat verilir. Kitab yalnız tələbələr üçün deyil, həm də siyasətçilər, partiya liderləri, siyasətlə maraqlanan və bu sahədə magistr, doktarantura təhsili alan tədqiqatçılar üçün də mühüm istinad mənbəyi kimi nəzərdə tutulmuşdur.
 
S.Laçın
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər