Universitet müəllimləri də sertifikasiyadan keçəcək?
Elm və Təhsil
270
10:55, Bu gün

Universitet müəllimləri də sertifikasiyadan keçəcək?

Məktəblərdə müəllimlərin bilik və bacarıq səviyyəsini yoxlamaq üçün sertifikasiya prosesləri keçirilir ki, bu da təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllimlərin peşəkar inkişafına dəstək olmaq məqsədi daşıyır. Lakin ali təhsil müəssisələrində saxta diplomla çalışan müəllimlərin varlığı cəmiyyətdə etimadı sarsıdır və ali təhsil sisteminə qarşı güvəni azaldır. Universitetlərdə bu problemin həlli üçün sertifikasiya tərzində diaqnostik qiymətləndirmə prosesinin tətbiqi vacib addım ola bilər.
 
Bu barədə Trend-ə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov deyib.
 
O qeyd edib ki, bu diaqnostik qiymətləndirmə prosesi ali təhsil müəssisələrində müəllimlərin real bilik və bacarıqlarının obyektiv şəkildə qiymətləndirilməsinə imkan yaradacaq.
 
"Universitet müəllimlərinin elmi və pedaqoji biliklərinin yoxlanması təkcə saxta diplom məsələsinin aşkar olunması üçün deyil, həm də müəllimlərin təhsil keyfiyyətinə verdikləri töhfəni artırmaq üçün önəmlidir.
 
Bu cür qiymətləndirmələr tədris bacarıqlarının və elmi nailiyyətlərinin təhlil edilməsinə və inkişaf ehtiyaclarının müəyyənləşməsinə şərait yarada bilər. Bunun nəticəsində ali təhsil müəssisələrində təhsilin ümumi keyfiyyətində irəliləyiş əldə oluna bilər.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər